SOCAR və “Statoil” bəzi yataqların birgə işlənilməsini müzakirə edib | 1news.az | Xəbərlər
İqtisadiyyat

SOCAR və “Statoil” bəzi yataqların birgə işlənilməsini müzakirə edib

21:11 - 14 / 09 / 2017
SOCAR və “Statoil” bəzi yataqların birgə işlənilməsini müzakirə edib

Bu gün SOCAR-ın prezidenti Rövnəq Abdullayev "Statoil" şirkətinin beynəlxalq inkişaf və istehsal üzrə icraçı vitse-prezidenti Lars Kristian Baxeri qəbul edib.

SOCAR-dan 1news.az-a verilən məlumata görə, R.Abdullayev SOCAR və “Statoil” arasında uzunmüddətli əməkdaşlıq münasibətlərindən söz açıb, “Statoil”un “Azəri-Çıraq-Günəşli”, Bakı-Tbilisi-Ceyhan kimi qlobal əhəmiyyətli layihələrdə SOCAR-ın əsas tərəfdaşlarından biri olduğunu vurğulayıb. Bu gün SOCAR ilə tərəfdaş şirkətlər arasında razılaşdırılmış şərtlər əsasında AÇG layihəsi üzrə 2050-ci ilədək davam edəcək yeni müqavilənin imzalanmasını əlamətdar hadisə adlandıran R.Abdullayev yeni müqavilənin xarici tərəfdaş şirkətlərinin Azərbaycan iqtisadiyyatına olan inamını bir daha sübut etdiyini və tərəfdaşlığı yeni müstəviyə qaldırdığını bildirib.

Lars Kristian Baxer “Statoil”un Azərbaycanda artıq 25 ildir uğurla fəaliyyət göstərdiyini və əməkdaşlığın uzadılmasına dair bu gün imzalanmış müqavilənin bu yubileyə ən yaxşı hədiyyə olduğunu qeyd edib. Enerji layihələrində, habelə sosial əhəmiyyətli tədbirlərdə SOCAR ilə səmərəli və məhsuldar əməkdaşlığın qurulduğunu vurğulayan qonaq AÇG layihəsi çərçivəsində həyata keçirilən əməliyyatların dünya standartlarına uyğun şəkildə aparıldığını bildirib. O, AÇG layihəsinin təmsil etdiyi şirkətin beynəlxalq fəaliyyətində hələ uzun illər mühüm yer tutacağına əminliyini ifadə edib.

Görüşdə SOCAR və “Statoil” şirkətləri tərəfindən “Qarabağ” yatağı, “Əşrəfi” və “Dan ulduzu” perspektiv strukturlarının birgə işlənilməsi istiqamətində müzakirələr aparılıb, təkliflər dinlənilib, fikir mübadiləsi olub. Eyni zamanda, şirkətlərin ətraf mühitin mühafizəsi, insan resurslarının inkişafı, o cümlədən neft-qaz mütəxəssislərinin hazırlanması, onların bilik və bacarıqlarının təkmilləşdirilməsi üzrə uğurlu müştərək tədbirlər həyata keçirdikləri qeyd olunub.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlərin geniş spektri nəzərdən keçirilib.

1news.az

Paylaş:
579

Son xəbərlər

Əfv Məsələləri komissiyasının iclasında 100-dən çox müraciətə baxıldıBu gün, 17:54“Bakı Metropoliteni” sosial mediada yayılan videogörüntülərə aydınlıq gətiribBu gün, 17:48Azərbaycan və Belarus antiinhisar orqanları təcrübə mübadiləsi aparacaqBu gün, 17:34Avropa Parlamentinin deputatı Şuşada olubBu gün, 17:29Audiovizual Şura BDU-nun tələbələri üçün növbəti seminar təşkil edibBu gün, 17:19Araik Arutyunyan və digər erməni separatçıların həbs müddəti uzadılıbBu gün, 17:01Sabah Bakıda yol qovşağında təmir işlərinə başlanılacaqBu gün, 16:42Narkotik vasitənin təsiri altında inzibati məsuliyyətdən yayınmağa çalışan sürücü həbs edilibBu gün, 16:18Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi yaradılırBu gün, 16:17Baş direktor “IDEB 2024” sərgisində iştirak edirBu gün, 15:44Samir Nuriyev Belarus Baş nazirinin müavini ilə görüşübBu gün, 15:35Penitensiar xidmət və DİN birgə əməliyyat keçirib, silahlar aşkarlanıbBu gün, 15:32AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilibBu gün, 15:03ABB-nin Suraxanı filialı da yeniləndi!Bu gün, 14:26Azərbaycan Özbəkistanla seysmologiya sahəsində təcrübə mübadiləsi aparacaqBu gün, 14:18Xocalıda Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasına həsr olunan tədbir keçirilirBu gün, 14:11Səkkiz Azərbaycan vətəndaşı Suriyadan repatriasiya edilibBu gün, 13:36Azərbaycan və Belarus XİN başçıları əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə ediblərBu gün, 13:22Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilibBu gün, 12:55ASCO-nun “yaşıl artım” çağırışlarından irəli gələn fəaliyyət prioritetləri müəyyən ediləcəkBu gün, 12:43
Bütün xəbərlər