AÇG-nin işlənməsi üzrə sazişin 2050-ci ilədək uzadılmasına dair saziş imzalandı – FOTO – VİDEO | 1news.az | Xəbərlər
İqtisadiyyat

AÇG-nin işlənməsi üzrə sazişin 2050-ci ilədək uzadılmasına dair saziş imzalandı – FOTO – VİDEO

11:05 - 14 / 09 / 2017
AÇG-nin işlənməsi üzrə sazişin 2050-ci ilədək uzadılmasına dair saziş imzalandı – FOTO – VİDEO

Bu gün Bakıda “Əsrin müqaviləsi"nin ("Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişinin (PSA) 2050-ci ilə qədər uzadılmasını nəzərdə tutan saziş imzalanıb.  

Layihədə Britaniyanın BP, Amerikanın Chevron və ExxonMobil, Hindistanın ONGC, Azərbaycanın SOCAR, Yaponiyanın Inpex Corp. və ITOCHU Oil, Norveçin Statoil və Türkiyənin TPAO şirkətləri iştirak edir.

Yeni sazişə əsasən SOCAR-ın payı 11,6%-dən 25%-dək yüksəlib.

Qeyd edək ki, ötən il dekabrın 23-də Bakıda SOCAR və BP-nin əməliyyatçısı olduğu ABƏŞ (Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti) AÇG yataqlar blokunun gələcək işlənməsi üçün niyyət məktubu imzalayıb. Sənəd blokun 2050-ci ilədək işlənməsinə dair razılaşmanın prinsiplərini əks etdirir.

AÇG Bakıdan şərqdə təxminən 100 km məsafədə yerləşən nəhəng yataqlar blokudur. O, Xəzər dənizində istismarda olan ən böyük neft yatağıdır və 436 kvadratmetrdən çox ərazini əhatə edir. Yataqlar dənizin 120-170 metr dərinliyində yerləşir. Məhsuldar layın dərinliyi 2000-3500 metr təşkil edir.

S.Xankişiyeva

Paylaş:
1175

Son xəbərlər

Bütün xəbərlər