Bilik günü hava necə olacaq? | 1news.az | Xəbərlər
Cəmiyyət

Bilik günü hava necə olacaq?

12:40 - 14 / 09 / 2017
Bilik günü hava necə olacaq?

Sentyabrın 15-də Bakı və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək.

Şimal-qərb küləyi  gündüz  cənub-şərq küləyi  ilə  əvəz olunacaq.

1news.az-a  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun gecə  19-22° isti, gündüz  30-35° isti, Bakıda gecə  20-22°, gündüz  32-34° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi  norma daxilində 760  mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət  gecə 75-85 %, gündüz  50-55 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq.

Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə  18-23°, gündüz  30-35° isti, dağlarda gecə 13-18°, gündüz  22-27° isti olacağı gözlənilir.

S.Xankişiyeva

Paylaş:
704

Son xəbərlər

Bütün xəbərlər