FHN-in Akademiyasında “Bilik günü” münasibətilə tədbir keçirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

FHN-in Akademiyasında “Bilik günü” münasibətilə tədbir keçirilib - FOTO

18:12 - 15 / 09 / 2017
FHN-in Akademiyasında “Bilik günü” münasibətilə tədbir keçirilib - FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında “Bilik günü” münasibətilə tədbir keçirilib.

FHN-in mətbuat xidmətindən 1news.az-a bildirilib ki, tədbirdən əvvəl Akademiyanın rəhbərliyi, professor-müəllim heyəti və kursantlar Fəxri Xiyabanda Heydər Əliyev və görkəmli oftalmoloq alim akademik Zərifə xanım Əliyevanın məzarlarını, Şəhidlər xiyabanını ziyarət edib.

Akademiyada keçirilən tədbirdə iştirak edən fövqəladə hallar nazirinin müavini -  tibb xidməti general-leytenantı Faiq Tağızadə kursant və məzunları, onların ailələrini FHN rəhbərliyi adından təbrik edib. Qeyd edib ki, hərbi and içərək, Silahlı Qüvvələrin sıralarına daxil olan kursantlar prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmrinə həmişə hazır olmalı, Vətənimizi və bayrağımızı göz-bəbəkləri kimi qorumalıdırlar.

Akademiyanın rəisi general-mayor Pənah Süleymanov da kursantları təbrik edib, Azərbaycanda təhsilin inkişafına göstərilən dövlət qayğısından ətraflı bəhs edərək onlara uğurlar arzulayıb.

Daha sonra fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Akademiyanın 2017-ci il məzunlarına “leytenant” hərbi və xüsusi rütbələrinin verildiyi diqqətə çatdırılmış və məzunlara ali təhsil ocağını bitirmələri barədə diplomlar təqdim edilib.

Akademiyanı əla qiymətlərlə bitirmiş məzun Elnur Həbibzadə xatirə lövhəsini simvolik “Yaş kötüyü”nə vurub.

Mərasim kursant və məzunların təntənəli marş keçidi ilə yekunlaşıb.

1news.az

Paylaş:
2648

Son xəbərlər

İcma: “Dağlıq Qarabağ məsələsi”nin hələ də həll olunmadığını düşünənlər kökündən yanılırlar23 / 09 / 2024, 19:31Bu şəxslər Milli Məclisdə komitə sədrlərinə müavin seçildi - SİYAHI23 / 09 / 2024, 17:52Milli Məclisin komitə sədrləri seçildi - ADLAR23 / 09 / 2024, 17:452 valyuta mübadilə məntəqəsinin vəzifəli şəxsləri cərimələnib23 / 09 / 2024, 17:43Bəzi bölgələrə yağış yağıb, dolu düşüb - FAKTİKİ HAVA - YENİLƏNİB23 / 09 / 2024, 17:37ADY-nin stansiyalarında və qatarlarda “Wi-Fi” olacaq23 / 09 / 2024, 17:33Əli Əsədov Türkiyənin Ali Təhsil Şurasının sədri ilə görüşüb23 / 09 / 2024, 17:18ADY tarif siyasətində dəyişiklik edəcək - Sərnişindaşımada YENİLİKLƏR23 / 09 / 2024, 17:06ANAMA ötən həftə aşkarlanan minaların sayını açıqladı23 / 09 / 2024, 16:58Carlsberg Azerbaijan-ın dəstəyi ilə “Xəzəri Qoruyaq!” aksiyası keçirildi - FOTO23 / 09 / 2024, 16:57Sentyabrın ikinci ongünlüyündə ölkə ərazisində havanın temperaturu iqlim normasından yüksək olub23 / 09 / 2024, 16:55Prezident yeddinci çağırış Milli Məclisin ilk iclasında çıxış edib - TAM MƏTN - FOTO - YENİLƏNİB 223 / 09 / 2024, 16:46İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edib - YENİLƏNİB23 / 09 / 2024, 16:41Sabahdan hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ23 / 09 / 2024, 16:10Orta Dəhlizin artan nüfuzu: ADY-nin iştirakı ilə Çin Xalq Respublikasında geniş müzakirələr aparılıb23 / 09 / 2024, 16:01“Xalq cəbhəsi” qəzetinə yeni baş redaktor təyin edildi23 / 09 / 2024, 15:55Kamaləddin Qafarov: “Qarabağ Universitetinin açılışı həm mənəvi, həm də siyasi əhəmiyyət daşıyır”23 / 09 / 2024, 15:29AZAL Naxçıvana aviabiletlərin onlayn alışında “SİMA İmza”nı tətbiq edir - VİDEO23 / 09 / 2024, 15:24Baş nazir Azər Əmiraslanovla bağlı sərəncam imzaladı23 / 09 / 2024, 15:19Türkiyə–Azərbaycan Universitetinə tələbə seçimini müstəqil aparmaq hüququ verilib - SƏRƏNCAM23 / 09 / 2024, 15:14
Bütün xəbərlər