Mobil operatorlar bu il 553 mln. manat gəlir əldə edib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Mobil operatorlar bu il 553 mln. manat gəlir əldə edib

18:27 - 15 / 09 / 2017
Mobil operatorlar bu il 553 mln. manat gəlir əldə edib

2017-ci ilin yanvar-avqust ayları ərzində Azərbaycanın informasiya və rabitə müəssisələri 1 mlrd. 109,9 mln. manatlıq xidmət göstərib ki, onun da 72,3%-i əhali tərəfindən istehlak olunub.

1news.az APA-ya istinadən xəbər verir ki, 2016-cı ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 5,1 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 81,1%-i qeyri-dövlət sektorunun payına düşüb.

Xidmətlərdən əldə edilən gəlirin 49,8%-i və ya 552,8 mln. manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

1news.az

Paylaş:
911

Son xəbərlər

Bütün xəbərlər