Mövlud Ocaqova Prezidentin fərdi təqaüdü verilib | 1news.az | Xəbərlər
Rəsmi

Mövlud Ocaqova Prezidentin fərdi təqaüdü verilib

18:41 - 15 / 09 / 2017
Mövlud Ocaqova Prezidentin fərdi təqaüdü verilib

Prezident İlham Əliyev M.V.Ocaqova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

1. Azərbaycanda musiqi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Mövlud Vəli oğlu Ocaqova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.

1news.az

Paylaş:
986

Son xəbərlər

Bütün xəbərlər