Azərbaycanda istehsal olunan propilen və polietilenin həcmi açıqlanıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanda istehsal olunan propilen və polietilenin həcmi açıqlanıb

20:09 - 15 / 09 / 2017
Azərbaycanda istehsal olunan propilen və polietilenin həcmi açıqlanıb

Bu ilin səkkiz ayında Azərbaycanda 33,8 min ton propilen (ondan 25,6 min ton əmtəəlik), 64,5 min ton polietilen, 66,5 min ton etilen, 9.349,0 ton izopropil spiriti və 178,9 min ton metanol istehsal edilib.

1news.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, sentyabrın 1-nə 1,2 min ton propilen, 0,09 min ton polietilen, 0,05 min ton etilen, 1.730,7 ton izopropil spiriti və 17 min ton metanol hazır məhsul ehtiyatı kimi qalıb.

1news.az

 

Paylaş:
920

Son xəbərlər

Bütün xəbərlər