Rəşad Sadiqov: “Neftçi”dən təklif gəlməsəydi, karyeramı bitirmək istəyirdim” | 1news.az | Xəbərlər
Futbol

Rəşad Sadiqov: “Neftçi”dən təklif gəlməsəydi, karyeramı bitirmək istəyirdim”

22:57 - 15 / 09 / 2017
Rəşad Sadiqov: “Neftçi”dən təklif gəlməsəydi, karyeramı bitirmək istəyirdim”

“Neftçi”nin yeni futbolçusu Rəşad Sadiqov bu gün jurnalistlərin qarşısına çıxıb.

1news.az apasport.az-a istinadən xəbər verir ki, yığmamızın sabiq yarımmüdafiəçisi Bakı klubuna keçidindən danışıb.

- Hazırlıq durumunuz nə yerdədi?

- Fərdi şəkildə məşq edirdim. Çəki problemi olmadığına görə daha rahatdı. Yüz faiz də olmasa, 70 faiz hazıram. Futbolçularımızda özünəinam çatmırdı. Baş məşqçi özünəinamı qaytarmaq istəyir. İlk növbədə, bunu düzəltmək lazımdı.

- “Zirə”dən ayrıldıqdan sonra karyeranı bitirəcəyin deyilirdi...

- “Neftçi”dən təklif gəlməsəydi, karyeramı bitirmək istəyirdim.

- “Neftçi”nin uğursuzluğu lider futbolçunun yoxluğu ilə əlaqədar idi. Bu yükü üzərinə götürmək çətin olmayacaq?

- Hər komandada lider futbolçu olmalıdı. Çalışacam ki, bu yükü üzərimə götürüm. Təkcə oyunumla yox, meydandan kənardakı davranışlarım və komanda yoldaşlarımla danışığımla da liderlik etməyə çalışacam.

- Yay fasiləsində qısa zamanda formasını geyindiyiniz “Zirə”yə qarşı xüsusi motivasiya ilə oynayacaqsız?

- Elə bir şey yoxdu. Peşəkar qaydada matça hazırlaşıram. Hər oyunda olduğu kimi, əlimdən gələni etməyə çalışacam.

- “Zirə” sizi intizamsızlığa görə heyətdən kənarlaşdırdığını açıqladı. Bu barədə nə deyə bilərsiniz?

- “Zirə”dən ayrılmalıydım. “Astra” ilə oyundan sonra özüm də demişdim ki, komandaya qayıtmayacam. Xarakterimiz tutmurdu. Buna görə də, “Zirə”dən getməliydim.

- Maşınınızın saxlanılmasının “Zirə” ilə bağlı olduğu deyildi. Bu doğrudumu?

- Buna inanmıram. Çünki həmin hadisədən sonra “Zirə”də qalan maaşım, mükafatım var idi. Onu da çağırıb, verdilər. Maşınımın saxlanılmasının “Zirə” ilə bağlılığının olduğuna düşünmürəm.

1news.az

Paylaş:
930

Son xəbərlər

Bütün xəbərlər