Prezident İlham Əliyev çilili həmkarını təbrik edib | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev çilili həmkarını təbrik edib

14:43 - 16 / 09 / 2017
Prezident İlham Əliyev çilili həmkarını təbrik edib

Prezident İlham Əliyev Çili Prezidenti Mişel Baçelet Xeriyaya təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Hörmətli xanım Prezident, Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Çili arasındakı ikitərəfli münasibətlərin davamlı inkişafı yolunda birgə səylər göstərəcəyik.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza əmin-amanlıq və rifah diləyirəm".

1news.az 

Paylaş:
783

Son xəbərlər

Bütün xəbərlər