Hafiz Paşayev: Neft gəlirlərdən istifadə etməklə Azərbaycan insan kapitalını da möhkəmləndirdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Hafiz Paşayev: Neft gəlirlərdən istifadə etməklə Azərbaycan insan kapitalını da möhkəmləndirdi

16:02 - 16 / 09 / 2017
Hafiz Paşayev: Neft gəlirlərdən istifadə etməklə Azərbaycan insan kapitalını da möhkəmləndirdi

“ADA” Universiteti yeni tədris ilində ənənəvi “Şərəf andiçmə mərasimi”ni keçirib. Bu ali təhsil ocağına qəbul olunan 500-dən çox bakalavr və magistr, eləcə də müəllim heyətinin yeni üzvləri universitetin Şərəf Məcəlləsini imzalayaraq sənədin akademik əxlaq və dürüstlüklə bağlı beş əsas qaydasına riayət edəcəklərinə söz veriblər. Bu qaydalar tədris prosesində və imtahan zamanı yalan danışmamaq, köçürməmək, plagiatlıq etməmək, ayrı-seçkilik salmamaq və bu müddəaları pozmaqda başqalarına yardım etməməyi nəzərdə tutur.

1news.az  xəbər verir ki, tədbir zamanı “ADA”-nın bayraqları marşına universitetə ilk dəfə tələbələri qəbul edilən xarici ölkələr də qoşulub. Estoniya, Filippin, Peru və Somali “ADA” Universitetində tələbə və müəllim heyəti təmsil olunan ölkələrin sayını bu il 46-ya çatdırıb.

Ötən semestrin nəticələrinə görə adları əlaçı kimi rektorun fəxri siyahısına düşən tələbələr çıxış edərək keyfiyyətli təhsil almaları üçün yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər. Onlar universitetə yeni qəbul olunanları biliklərə səylə yiyələnməyə, təhsildə uğurlar qazanmağa, öz hədəflərinə çatmaq üçün əzmlə çalışmağa, “ADA”-nın tələbələr üçün yaratdığı hərtərəfli şəraitdən faydalanmağa çağırıblar.

Andiçmə mərasimini yekunlaşdıran xarici işlər nazirinin müavini, “ADA” Universitetinin rektoru, səfir Hafiz Paşayev birinci kursa qəbul olunmuş tələbələri təbrik edib, uğurlar arzulayıb. Rektor bildirib ki, dünyanın bütün ölkələrinin gələcəyi öz universitetlərinin uğurundan müəyyən mənada asılıdır. Çünki elm mərkəzləri təkcə innovativ tədqiqat və yeni fikirlər irəli sürmür, həm də sahəsinə böyük rəğbətlə yanaşan, fərqli düşüncə tərzi ilə çalışmağa hazır olan yüksək intellektli məzunlar buraxır.

H.Paşayev vurğulayıb ki, bu həftə “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi sahəsində imzalanan yeni müqavilə ilə Azərbaycan rəhbərliyi öz xalqının rifahının 2050-ci ilədək təmin edilməsinə möhür vurmuş oldu.

Rektor deyib: “Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən biri olan “Əsrin müqaviləsi”nin imzalanmasından 23 il ötüb. Azərbaycan xalqı ilk müqavilənin nəticələrini bu gün bütün sahələrdə görür. “ADA” Universitetinin yaranması da məhz bu mərhələdə baş verən inkişafın nəticəsində mümkün olub. İkinci müqavilə ölkəmizin inkişafını daha da sürətləndirəcək, vətəndaşlarımızın həyat səviyyəsini daha da yüksəldəcək. Bir faktı qeyd edim ki, əgər əvvəllər xarici neft-qaz layihələrinin icrasında Azərbaycan mütəxəssislərinin sayı çox deyildisə, bu gün onlar əksəriyyət təşkil edirlər. Bu isə özlüyündə ilk müqavilənin bizə açdığı imkandır. Belə ki, neftdən gələn gəlirlərdən istifadə etməklə Azərbaycan öz insan kapitalını da artırdı, möhkəmləndirdi. Ölkəmizi irəlidə gözləyən yeni inkişaf mərhələsinin “mühərriki” məhz insan kapitalı - sizin kimi gənc, peşəkar, öz işini, xalqını və Vətənini sevən insanlar olacaqlar”.

1news.az  

 

 

Paylaş:
900

Son xəbərlər

İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi19 / 05 / 2024, 21:12İran Prezidentinin olduğu helikopter qəzaya uğradı - YENİLƏNİB19 / 05 / 2024, 20:59“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir19 / 05 / 2024, 12:44Azərbaycan ilə İranın dövlət sərhədində İlham Əliyevin və İbrahim Rəisinin görüşü olub - FOTO19 / 05 / 2024, 12:32Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib18 / 05 / 2024, 18:04Qarabağ Universitetinin bukleti hazırlanıb18 / 05 / 2024, 17:47Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoyub18 / 05 / 2024, 17:30Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 17:08“AzərEnerji ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib - YENİLƏNİB18 / 05 / 2024, 16:45İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 16:29Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 16:26İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinin təməlini qoyub18 / 05 / 2024, 16:24Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoyub - FOTO18 / 05 / 2024, 16:18Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA18 / 05 / 2024, 15:58Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulub18 / 05 / 2024, 15:39“Coca-Cola” Azərbaycanda ikinci istehsal müəssisəsini açacaq - FOTO18 / 05 / 2024, 15:11Dövlət başçısı Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 14:47Paytaxtın mərkəzi küçələrində “kokain” və “ekstazi” həblərinin satışını təşkil etmək istəyən şəxs saxlanılıb - VİDEO18 / 05 / 2024, 14:27Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib18 / 05 / 2024, 14:09İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub18 / 05 / 2024, 13:43
Bütün xəbərlər