Şəmkirdə qadın ərini bıçaqlayıb

Şəmkirdə bıçaqlanma hadisəsi olub.
1news.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Şiştəpə kəndində baş verib.
Kənd sakini, 1976-cı il təvəllüdlü İntizam Hüseynov bıçaq yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə İ. Hüseynov ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən bıçaqlanıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
1news.az
562