BDU-nun Jurnalistika fakültəsi ilə Bilik Fondu arasında niyyət sazişi imzalanıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

BDU-nun Jurnalistika fakültəsi ilə Bilik Fondu arasında niyyət sazişi imzalanıb - FOTO

12:12 - 18 / 09 / 2017
BDU-nun Jurnalistika fakültəsi ilə Bilik Fondu arasında niyyət sazişi imzalanıb - FOTO

Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun İnformasiya təminatı sektoru ilə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi arasında niyyət sazişinin imzalanma mərasimi keçirilib.

1news.az xəbər verir ki, jurnalistika fakültəsində keçirilən tədbirdə Bilik Fondunun əməkdaşları, fakültənin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu bildirib ki, niyyət sazişinə əsasən, müəllimlər və tələbələr Fondun həyata keçirdiyi layihələrdə iştirak etmək imkanı qazanacaqlar. Sənəddə əməkdaşlığın bütün mümkün variantları nəzərdə tutulub ki, bu işlər gələcəkdə həyata keçirildikcə ictimaiyyətə açıqlanacaq.

Onun  sözlərinə görə, Bilik Günü Bilik Fondunun struktur bölməsi ilə belə bir sənədin imzalanması fakültə üçün yeni imkanlar açacaq. Həmin sazişlə tərəflər təşkilati, insan və maliyyə resurslarını səfərbər etməklə Azərbaycan Respublikası əhalisinin elmi biliklərin müxtəlif sahələri üzrə maarifləndirilməsi, xüsusilə gənclərin bilik və bacarıqlarının artırılması, xalqımızın milli-mənəvi dəyərlərinin qorunması və təbliği, Azərbaycan mediasının inkişafı naminə yüksək peşəkarlığa və geniş dünyagörüşünə malik jurnalist hazırlığı istiqamətlərində birgə fəaliyyət göstərməyi, jurnalistika sahəsində elmi tədqiqatların aparılması, yaradıcılıq müsabiqələrinin, tələbələrin tanınmış jurnalistlər və yazarlarla görüşlərinin təşkili, bütün sahələrdə medianın maarifləndirmə funksiyası ilə bağlı tədbirlərin həyata keçirilməsi sahəsində əməkdaşlıq etməyi nəzərdə tuturlar.

 Dekan, sazişin tələbələr üçün maraqlı tərəfinin həm də razılaşmaya əsasən “Gənc jurnalistlər” Klubunun təsis edəcəyini vurğuladı.

Bilik Fondunun İnformasiya təminatı sektorunun müdiri Xatirə Hüseynova Fondun fəaliyyəti barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. O vurğulayıb ki, Bilik Fondu ölkə ərazisində bütün sahələrdə geniş maarifləndirmə işləri həyata keçirir. İmzalanan sazişlə tərəflər Azərbaycan mediasının inkişafı naminə yüksək peşəkarlığa və geniş dünyagörüşünə malik jurnalist hazırlığı istiqamətlərində birgə fəaliyyət göstərilməyi, jurnalistika sahəsində elmi tədqiqatların aparılması, yaradıcılıq müsabiqələrinin, tələbələrin tanınmış jurnalistlərlə görüşlərinin təşkili, bütün sahələrdə medianın maarifləndirmə funksiyası ilə bağlı tədbirlərin həyata keçirilməsi yönündə əməkdaşlıq etməyi öz üzərlərinə götürürlər.

Eyni zamanda, tədbirdə tezliklə Bilik Fondunun İnformasiya təminatı sektoru ilə Jurnalistika fakültəsinin birgə “Gənc jurnalistlər” Klubunu təsis edəcəyi barədə məlumat verilib.

Çıxış edən Jurnalistika fakültəsinin professor-müəllim heyətinin nümayəndələri bu gün təməli qoyulan əməkdaşlığın Azərbaycan jurnalistikasının inkişafında uğurlu nəticələr verəcəyinə əminliklərini ifadə ediblər.

Sonda BDU-nun Jurnalistika fakültəsi və Bilik Fondunun İnformasiya təminatı sektoru arasında niyyət sazişi imzalanıb.

1news.az

Paylaş:
854

Son xəbərlər

İcma: “Dağlıq Qarabağ məsələsi”nin hələ də həll olunmadığını düşünənlər kökündən yanılırlar23 / 09 / 2024, 19:31Bu şəxslər Milli Məclisdə komitə sədrlərinə müavin seçildi - SİYAHI23 / 09 / 2024, 17:52Milli Məclisin komitə sədrləri seçildi - ADLAR23 / 09 / 2024, 17:452 valyuta mübadilə məntəqəsinin vəzifəli şəxsləri cərimələnib23 / 09 / 2024, 17:43Bəzi bölgələrə yağış yağıb, dolu düşüb - FAKTİKİ HAVA - YENİLƏNİB23 / 09 / 2024, 17:37ADY-nin stansiyalarında və qatarlarda “Wi-Fi” olacaq23 / 09 / 2024, 17:33Əli Əsədov Türkiyənin Ali Təhsil Şurasının sədri ilə görüşüb23 / 09 / 2024, 17:18ADY tarif siyasətində dəyişiklik edəcək - Sərnişindaşımada YENİLİKLƏR23 / 09 / 2024, 17:06ANAMA ötən həftə aşkarlanan minaların sayını açıqladı23 / 09 / 2024, 16:58Carlsberg Azerbaijan-ın dəstəyi ilə “Xəzəri Qoruyaq!” aksiyası keçirildi - FOTO23 / 09 / 2024, 16:57Sentyabrın ikinci ongünlüyündə ölkə ərazisində havanın temperaturu iqlim normasından yüksək olub23 / 09 / 2024, 16:55Prezident yeddinci çağırış Milli Məclisin ilk iclasında çıxış edib - TAM MƏTN - FOTO - YENİLƏNİB 223 / 09 / 2024, 16:46İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edib - YENİLƏNİB23 / 09 / 2024, 16:41Sabahdan hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ23 / 09 / 2024, 16:10Orta Dəhlizin artan nüfuzu: ADY-nin iştirakı ilə Çin Xalq Respublikasında geniş müzakirələr aparılıb23 / 09 / 2024, 16:01“Xalq cəbhəsi” qəzetinə yeni baş redaktor təyin edildi23 / 09 / 2024, 15:55Kamaləddin Qafarov: “Qarabağ Universitetinin açılışı həm mənəvi, həm də siyasi əhəmiyyət daşıyır”23 / 09 / 2024, 15:29AZAL Naxçıvana aviabiletlərin onlayn alışında “SİMA İmza”nı tətbiq edir - VİDEO23 / 09 / 2024, 15:24Baş nazir Azər Əmiraslanovla bağlı sərəncam imzaladı23 / 09 / 2024, 15:19Türkiyə–Azərbaycan Universitetinə tələbə seçimini müstəqil aparmaq hüququ verilib - SƏRƏNCAM23 / 09 / 2024, 15:14
Bütün xəbərlər