İKT avadanlıqlarının təhvil verilməsi barədə akt imzalanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

İKT avadanlıqlarının təhvil verilməsi barədə akt imzalanıb

17:40 - 19 / 09 / 2017
İKT avadanlıqlarının təhvil verilməsi barədə akt imzalanıb

Bakı şəhəri T.Həsənov adına 23 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi ilə Çin Xalq Respublikasının İqtisadi Texniki Mübadilə üzrə Beynəlxalq Mərkəzi arasında İKT avadanlıqlarının təhvil verilməsi barədə aktın imzalanma mərasimi keçirilib.

1news.az-a Təhsil Nazirliyindən verilən xəbərə görə, İKT avadanlıqlarının təhvil verilməsi barədə aktı Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov, kənd təsərrüfatı naziri Heydər Əsədov və Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Vey Cinxua imzalayıb.

Tədbirdə təhsil Naziri Mikayıl Cabbarov çıxış edib:

"Bu gün Azərbaycanla Çin arasında əməkdaşlığın növbəti uğurunu rəsmiləşdirmək məqsədilə yığışmışıq. Ölkələrimiz arasında uzun tarixə malik, Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci ildə 8-11 dekabr tarixlərində Çinə səfərindən sonra yüksələn xətlə inkişaf edib. Sözügedən səfər İlham Əliyevə Çinin Renmin Universitetinin “Tarix üzrə fəxri professor” diplomu təqdim edilib. Təqdimetmə mərasimində cənab prezident çıxşında söyləyib:

“İqtisadiyyatı irəli aparan, ölkənin uğurunu nümayiş etdirən təbii ehtiyatlar yox, təhsil və əhalinin intellektual səviyyəsidir. Bu sahədə Çinlə daha fəal şəkildə əməkdaşlıq aparmaq istərdik”.

Bu gün burada toplaşmağımızın səbəbi Çinlə əmkdaşlığımızın fəallaşmasının bir nümunəsidir. Məhz prezidentin Çinə səfəri çəriçivəsində Azərbaycanın Təhsil Nazirliyi ilə Çinin Təhsil Nazirliyi arasında 2016-2019-cu illərdə təhsil sahəsində əməkdaşlıq haqqında memorandum imzalanıb.

Əminəm ki, əlaqə mübadiləsi gənclərimizin keyfiyyətli təhsil alması ilə yanaşı, digər ölkənin tarixini, mədəniyyətini və inkişaf yolunun öyrənməsi, xalqlarımız arasında dostluğun güclənməsində də mühüm rol oynayacaq.

1 dekabr 2016-cı il tarixində Azərbaycan Təhsil Nazirliyində Təhsil və Kənd Təsərrüfatı nazirlikləri ilə Çinin İqtisadi-Texniki mübadilə üzrə Beynəlxalq Mərkəzi arasında informasiya kommunikasiya texnologiyaları (İKT) sahəsində əməkdaşlığa dair mübadilə imzalanıb.

İT sahəsinə, ümumiyyətlə informasiya kommunikasiya texnologiyaları sahəsinin qarşıdan gələn onilliklərdə əhəmiyyətinə də toxunmaq istərdim. Elə bir dövrdə yaşayırıq ki İT sahəsində biliklər ayrı fənn kimi deyil, demək olar ki hər bir peşənin, ixtisasın tərkib və ayrılmaz hissəsidir. Azərbaycan ümumtəhsil sistemində İT biliklərin tədrisinin gücləndirilməsinə yenidən baxılır. Seçilmiş pilot məktəbləri bu layihəyə daxil edilib. Onlarla Azərbaycan məktəbi müasirləşmiş, yenilənmi proqramla belə bir pilot layihəyə cəlb ediləcək. Bu məqsədlə Təhsil Nazirliyi tərəfindən region məktəblərinin İKT avadanlıqları ilə təchizatı layihəsi hazırlanıb. Layihənin məqsədi təhsil sisteminin müasirləşdirilməsi və beynəxalq rəqabət qabiliyyətinin genişləndirilməsi, region məktəblərində avadanlıqlarına olan ehtiyacın ödənilməsi və əhalinin bütün təbəqələri üçün keyfiyyətli təhsil alması imkanın yaratmaqdan ibarətdir.

Layihıənin icarası məqsədi məktəblər üçün Çin Xalq Respublikası tərəfidnən 21 min ədəd noutbuk, interaktiv lövhə və proyektor təqdim olunub. Bu mərasim üçün məktəb binasının seçilməsi heç də təsadüf olmayıb.  Nəticədə Çin tərəfindən təqdim edilmiş avadanlıqlar məhz ümumtəhsil məktəblərində istifadə olunması nəzərdə tutulub. XXI əsrdə əmək bazarda rəqabətə davamlılğı təmin etmək üçün İKT üzrə biliklərin artırılması zəruridir. Təsadüfi deyil ki İqtisadi Əməkdaşlığ Təşkilatının 2016-cı il hesabatında işçilərin 40%-nin rəqəmsal texnologiyalardan istifadə etmək üçün keyfiyyətli bilik və bacarığın olmadığını bildirir.

Çin tərəfindən təqdim edilmiş İKT avadanlıqları şagirdlərimizə İKT biliklərin aşılanmasında müstəsna imkana malik olacaq. 2019-cu ildə beynəlxalq olimpiadanın Bakıda keçiriləcəyini nəzərə alsaq gənclərimiz arasında rəqəmsal biliklərin gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Sözügedən texniki yardımın ayrılmasında göstərdiyi dəstəyə görə Çinin ölkəmizdəki Səfirliyinə minəttdarlığımı bildirmək istərdim. Təhsil Nazirliyi Çinlə əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır".

2016-cı ilin dekabr ayında bağlanmış müqaviləyə əsasən, Çin Xalq Respublikası Hökumətinin texniki yardımı hesabına tədris prosesində istifadə olunması məqsədilə Təhsil və Kənd Təsərrüfatı Nazirliklərinə 21000 ədəd noutbuk, elektron lövhə, proyektor, printer və digər İKT avadanlıqları təqdim edilib.

Təhsil müəssisələri üçün nəzərdə tutulan avadanlıqların verilməsinin əsas məqsədi təhsil sistemini müasirləşdirmək, beynəlxalq rəqabət qabiliyyətini yüksəltmək, təhsil müəssisələrində İKT-nin tətbiqini genişləndirmək və region məktəblərinin İKT avadanlıqlarına olan ehtiyacını təmin edərək əhalinin bütün təbəqələri üçün keyfiyyətli təhsil almaq imkanını yaratmaqdır.

S.Xankişiyeva

Paylaş:
1025

Son xəbərlər

Azərbaycan Mərkəzi Bankı bu günə olan valyuta məzənnələrini açıqladıBu gün, 09:12Ceyhun Bayramov lüksemburqlu həmkarı ilə Ermənistanla sülh prosesinin hazırkı vəziyyətindən danışıbBu gün, 09:11Bərdədə qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən 5 kiloqram marixuana aşkarlanıbBu gün, 09:10Mehriban Əliyeva Əhmədlidə əsaslı təmirdən sonra istifadəyə verilən məsciddən paylaşım edibBu gün, 09:01Azərbaycanla Çin arasında dəmiryolunda əməkdaşlığın genişləndirilməsi müzakirə olunubBu gün, 09:00Bakının sıxlıq müşahidə olunan yolları açıqlandıBu gün, 08:58İcma: “Dağlıq Qarabağ məsələsi”nin hələ də həll olunmadığını düşünənlər kökündən yanılırlar23 / 09 / 2024, 19:31Bu şəxslər Milli Məclisdə komitə sədrlərinə müavin seçildi - SİYAHI23 / 09 / 2024, 17:52Milli Məclisin komitə sədrləri seçildi - ADLAR23 / 09 / 2024, 17:452 valyuta mübadilə məntəqəsinin vəzifəli şəxsləri cərimələnib23 / 09 / 2024, 17:43Bəzi bölgələrə yağış yağıb, dolu düşüb - FAKTİKİ HAVA - YENİLƏNİB23 / 09 / 2024, 17:37ADY-nin stansiyalarında və qatarlarda “Wi-Fi” olacaq23 / 09 / 2024, 17:33Əli Əsədov Türkiyənin Ali Təhsil Şurasının sədri ilə görüşüb23 / 09 / 2024, 17:18ADY tarif siyasətində dəyişiklik edəcək - Sərnişindaşımada YENİLİKLƏR23 / 09 / 2024, 17:06ANAMA ötən həftə aşkarlanan minaların sayını açıqladı23 / 09 / 2024, 16:58Carlsberg Azerbaijan-ın dəstəyi ilə “Xəzəri Qoruyaq!” aksiyası keçirildi - FOTO23 / 09 / 2024, 16:57Sentyabrın ikinci ongünlüyündə ölkə ərazisində havanın temperaturu iqlim normasından yüksək olub23 / 09 / 2024, 16:55Prezident yeddinci çağırış Milli Məclisin ilk iclasında çıxış edib - TAM MƏTN - FOTO - YENİLƏNİB 223 / 09 / 2024, 16:46İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edib - YENİLƏNİB23 / 09 / 2024, 16:41Sabahdan hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ23 / 09 / 2024, 16:10
Bütün xəbərlər