Aleksandr Plemakova Prezidentin fərdi təqaüdü verilib | 1news.az | Xəbərlər
Rəsmi

Aleksandr Plemakova Prezidentin fərdi təqaüdü verilib

18:58 - 19 / 09 / 2017
Aleksandr Plemakova Prezidentin fərdi təqaüdü verilib

Prezident İlham Əliyev A.P.Plemakova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

1. Mülki aviasiya sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Aleksandr Pavloviç Plemakova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.

1news.az

Paylaş:
878

Son xəbərlər

Bütün xəbərlər