Ramil Usubov Rusiya DİN-in nümayəndələri ilə görüşüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ramil Usubov Rusiya DİN-in nümayəndələri ilə görüşüb

22:01 - 19 / 09 / 2017
Ramil Usubov Rusiya DİN-in nümayəndələri ilə görüşüb

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun dəvəti ilə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Sankt-Peterburq şəhəri və Leninqrad vilayəti üzrə Baş İdarəsinin rəisi, polis general-leytenantı Sergey Umnovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə işgüzar səfərə gəlib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, sentyabrın 19-da nümayəndə heyəti Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edərək məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılaraq məzarı üstünə tər çiçəklər düzülüb.

Sonra daxili işlər naziri Ramil Usubov ilə Sergey Umnovun görüşü olub.

Nazir R.Usubov Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin siyasi iradələrinə uyğun olaraq, son illər qarşılıqlı səfərlər, yüksək səviyyəli görüşlər, aparılan danışıqlar nəticəsində ölkələrimiz arasında mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətlərinin daha da inkişaf etdiyini məmnunluqla vurğulayıb. Bu kontekstdə Rusiya Federasiyasının daxili işlər naziri Vladimir Kolokoltsevin başçılıq etdiyi nümayəndə heyətinin ötən ilin dekabrında Bakıya rəsmi səfəri, 2017-2019-cu illərdə Daxili İşlər nazirlikləri arasında qarşılıqlı yardım haqqında protokolun imzalanması, müxtəlif istiqamətlərdə, o cümlədən cinayətlərin açılması, axtarışda olanların tutulması, onların ekstradisiyası, sərhədyanı regionlarda birgə razılaşdırılmış tədbirlərin təşkili diqqətə çatdırılıb.

Rusiya Federasiyasının Daxili İşlər Nazirliyi, o cümlədən Sankt-Peterburq şəhəri və Leninqrad vilayəti üzrə Baş İdarə ilə əlaqələrin daha da möhkəmləndirilməsinə, xüsusən kadr hazırlığı, məlumat və təcrübə mübadiləsinə ciddi diqqət yetirildiyini bildirən nazir əməliyyat-xidməti fəaliyyətin əsas istiqamətləri üzrə əməkdaşlığın genişlənməsində Azərbaycan tərəfinin qərarlı olduğunu, bu səfərin ikitərəfli münasibətlərin inkişafına töhfə verəcəyinə əminliyini bildirib.

Polis general-leytenantı Sergey Umnov əməkdaşlığın dərinləşdirilməsində rəhbərlik etdiyi qurumun da maraqlı olduğunu vurğulayıb, səfərinin bu prosesə böyük təkan verəcəyinə əminliyini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.

Səfər çərçivəsində rusiyalı qonaqlar Daxili İşlər Nazirliyinin “102-Zəng Mərkəzi” və “Təhlükəsiz şəhər” xidmətlərinə, həmçinin Əlahiddə Çevik Polis Alayına gedərək, həmin qurumların işi və fəaliyyət istiqamətləri ilə yaxından tanış olublar.

1news.az

Paylaş:
798

Son xəbərlər

Azərbaycan nefti cüzi ucuzlaşıbBu gün, 09:24Azərbaycan Mərkəzi Bankı bu günə olan valyuta məzənnələrini açıqladıBu gün, 09:12Ceyhun Bayramov lüksemburqlu həmkarı ilə Ermənistanla sülh prosesinin hazırkı vəziyyətindən danışıbBu gün, 09:11Bərdədə qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən 5 kiloqram marixuana aşkarlanıbBu gün, 09:10Mehriban Əliyeva Əhmədlidə əsaslı təmirdən sonra istifadəyə verilən məsciddən paylaşım edibBu gün, 09:01Azərbaycanla Çin arasında dəmiryolunda əməkdaşlığın genişləndirilməsi müzakirə olunubBu gün, 09:00Bakının sıxlıq müşahidə olunan yolları açıqlandıBu gün, 08:58İcma: “Dağlıq Qarabağ məsələsi”nin hələ də həll olunmadığını düşünənlər kökündən yanılırlar23 / 09 / 2024, 19:31Bu şəxslər Milli Məclisdə komitə sədrlərinə müavin seçildi - SİYAHI23 / 09 / 2024, 17:52Milli Məclisin komitə sədrləri seçildi - ADLAR23 / 09 / 2024, 17:452 valyuta mübadilə məntəqəsinin vəzifəli şəxsləri cərimələnib23 / 09 / 2024, 17:43Bəzi bölgələrə yağış yağıb, dolu düşüb - FAKTİKİ HAVA - YENİLƏNİB23 / 09 / 2024, 17:37ADY-nin stansiyalarında və qatarlarda “Wi-Fi” olacaq23 / 09 / 2024, 17:33Əli Əsədov Türkiyənin Ali Təhsil Şurasının sədri ilə görüşüb23 / 09 / 2024, 17:18ADY tarif siyasətində dəyişiklik edəcək - Sərnişindaşımada YENİLİKLƏR23 / 09 / 2024, 17:06ANAMA ötən həftə aşkarlanan minaların sayını açıqladı23 / 09 / 2024, 16:58Carlsberg Azerbaijan-ın dəstəyi ilə “Xəzəri Qoruyaq!” aksiyası keçirildi - FOTO23 / 09 / 2024, 16:57Sentyabrın ikinci ongünlüyündə ölkə ərazisində havanın temperaturu iqlim normasından yüksək olub23 / 09 / 2024, 16:55Prezident yeddinci çağırış Milli Məclisin ilk iclasında çıxış edib - TAM MƏTN - FOTO - YENİLƏNİB 223 / 09 / 2024, 16:46İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edib - YENİLƏNİB23 / 09 / 2024, 16:41
Bütün xəbərlər