Premyer Liqamızda VI turun oyunlarının başlama saatı açıqlanıb | 1news.az | Xəbərlər
Futbol

Premyer Liqamızda VI turun oyunlarının başlama saatı açıqlanıb

23:34 - 19 / 09 / 2017
Premyer Liqamızda VI turun oyunlarının başlama saatı açıqlanıb

Azərbaycan Premyer Liqasında VI turun oyun cədəvli açıqlanıb.

1news.az-ın məlumatına görə, 3 gün davam edəcək turun görüşlərinin başlama vaxtı və yeri dəqiqləşib.

Sentyabrın 22-də start götürəcək ilk oyunda “Sumqayıt” “Qarabağ”ı qəbul edəcək. Tura Qəbələdə yekun vurulacaq. Burda meydan sahibləri “Neftçi”ni sınağa çəkəcəklər.

Qeyd edək ki, turun bütün görüşləri “CBC Sport”kanalı ilə canlı yayımlanacaq. 

22 sentyabr (cümə)

19:00. “Sumqayıt” – “Qarabağ”
Sumqayıt. Şəhər stadionu

23 sentyabr (şənbə)

17:30. “Səbail” -  “Kəpəz”
“Dalğa Arena”

20:00. “Zirə” – “İnter”
Zirə İdman Kompleksinin stadionu

24 sentyabr (bazar)

18:00. “Qəbələ” – “Neftçi”
Qəbələ şəhər stadionu

1news.az

Paylaş:
907

Son xəbərlər

Sabahın hava proqnozu

22 / 05 / 2025, 12:42
Bütün xəbərlər