Xalq artistinə ağciyər xərçəngi diaqnozu qoyulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Xalq artistinə ağciyər xərçəngi diaqnozu qoyulub

12:07 - 19 / 09 / 2017
Xalq artistinə ağciyər xərçəngi diaqnozu qoyulub

“Artıq üç aydır mənə ağciyər xərçəngi diaqnozu qoyulub. Səs tellərimdəki problem də bu xəstəliklə bağlı olub”.

1news.az xəbər verir ki,  bunu  APA-ya açıqlamasında xalq artisti Fuad Poladov deyib.

Onun sözlərinə görə, hazırda müalicəsi davam edir: “Mütəmadi müalicə alıram. Milli Onkologiya Mərkəzində qeydiyyatdayam. Ümid edirəm ki, tezliklə sağalacağam. Xarici ölkədə müalicə almaq fikrim yoxdur. Çünki mənə dedilər ki, dünyanın ən gözəl həkimləri və avadanlıqları bizim Milli Onkologiya Mərkəzində var. Öz həkimlərimizə inanıram".

1news.az

 

Paylaş:
546

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər