İsti hava şəraiti davam edəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

İsti hava şəraiti davam edəcək

12:25 - 19 / 09 / 2017
İsti hava şəraiti davam edəcək

Sentyabrın 20-də Bakı və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək.

Şimal-qərb küləyi  gündüz cənub-şərq küləyi  ilə əvəz olunacaq.

1news.az-a  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun gecə  19-22° isti, gündüz  30-35° isti, Bakıda gecə  20-22°, gündüz  33-35° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi  763  mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət  gecə 75-85 %, gündüz  35-40 % olacaq.  

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq.

Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə  14-19°, gündüz  31-36° isti, dağlarda gecə 11-16°,  gündüz 21-26° isti olacağı gözlənilir.

S.Xankişiyeva

Paylaş:
741

Son xəbərlər

Bütün xəbərlər