Bakıda NATO-nun təhsil ekspertlərinin işçi görüşləri keçirilir | 1news.az | Xəbərlər
Siyasət

Bakıda NATO-nun təhsil ekspertlərinin işçi görüşləri keçirilir

13:03 - 19 / 09 / 2017
Bakıda NATO-nun təhsil ekspertlərinin işçi görüşləri keçirilir

Silahlı Qüvvələrin hərbi təhsil sisteminin müəyyən sahələrinin inkişafına dəstək üzrə NATO-Azərbaycan Birgə Fəaliyyət Planına müvafiq olaraq, Silahlı Qüvvələrin Hərbi Akademiyasında Müdafiə Nazirliyi və NATO-nun Beynəlxalq Dil Koordinasiyası Mərkəzinin (BİLC) ekspertləri arasında işçi görüşləri keçirilir. 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən 1news.az -a verilən məlumata görə, nümayəndə heyətinin ölkəmizə səfərinin məqsədi, tədris müəssisələrində xarici dil tədrisi ilə məşğul olan mütəxəssislərə NATO-nun müvafiq mərkəzlərində tətbiq edilən müasir tədris sistemi haqqında məlumat vermək, qarşılıqlı fikir mübadiləsi aparmaq, eləcə də gələcək əməkdaşlıq imkanlarını müzakirə etməkdən ibarətdir.

 İşçi görüşlər sentyabrın 22-dək davam edəcək.

1news.az

 

 

Paylaş:
776

Son xəbərlər

Bütün xəbərlər