Aİ səfiri: Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini diqqətlə izləyirik | 1news.az | Xəbərlər
Siyasət

Aİ səfiri: Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini diqqətlə izləyirik

15:00 - 20 / 09 / 2017
Aİ səfiri: Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini diqqətlə izləyirik

Dağlıq Qarabağ məsələsinin nə dərəcədə həssas və vacib məsələ olduğunu anlayıram".

1news.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas jurnalistlərə deyib.

 O, Aİ-nın münaqişə ilə birbaşa məşğul olmadığını, amma qurumun məsələni çox diqqətlə izlədiyini vurğulayıb:  

"Həm yerlərdə, həm də beynəlxalq platformada bu münaqişənin həlli prosesini diqqətdə saxlayırıq. Münaqişənin həlli istiqamətində format fəaliyyət göstərir. Nyu-Yorkda siyasi səviyyədə görüş gözlənilir. Biz bunları izləyirik.

 Münaqişə və münaqişə ətrafındakı mövzular Azərbaycanla imzalanacaq yeni saziş çərçivəsində, o cümlədən "Şərq Tərəfdaşlığı" sammiti öncəsi müzakirə olunacaq".

P.Sultanova

Paylaş:
755

Son xəbərlər

Bütün xəbərlər