Aİ-nin Siyasi və təhlükəsizlik komitəsinin nümayəndə heyəti Azərbaycana səfər edəcək

Avropa İttifaqının (Aİ) Siyasi və təhlükəsizlik komitəsinin nümayəndə heyəti Azərbaycana səfər edəcək.
1news.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas jurnalistlərə deyib.
Onun sözlərinə görə, səfər oktyabrın 3-nə planlaşdırılıb, amma tarix dəyişə bilər. Nümayəndə heyətinin tərkibində Aİ-yə üzv 28 ölkənin səfirləri təmsil olunacaq.
Səfər zamanı Aİ-Azərbaycan münasibətləri, xüsusilə təhlükəsizlik siyasətinin aspektləri müzakirə olunacaq.
P.Sultanova
751