FHN: Xaçmazda meşə zolağında yanğın söndürülüb - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

FHN: Xaçmazda meşə zolağında yanğın söndürülüb - YENİLƏNİB

22:44 - 20 / 09 / 2017
FHN: Xaçmazda meşə zolağında yanğın söndürülüb - YENİLƏNİB

Xaçmazda meşə zolağında baş verən yanğın söndürülüb.

FHN-dən 1news.az-a verilən məlumata görə, Xaçmaz rayonunun Çiləgir kəndi yaxınlığında biçilmiş taxıl sahəsində və meşə zolağında baş verən yanğın söndürülüb.

Yanğının söndürülməsi barədə əlavə məlumat veriləcək.

18:24

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Xaçmaz rayonunun Çiləgir kəndi yaxınlığında biçilmiş taxıl sahəsində və meşə zolağında yanğın başlayıb.

FHN-dən 1news.az-a verilən məlumata görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Şimal Regional Mərkəzinin şəxsi heyəti və texnikası hadisə rayonundadır. Yanğınsöndürmə işləri barədə əlavə məlumat veriləcək.

1news.az

Paylaş:
753

Son xəbərlər

Bütün xəbərlər