İlham Əliyev Malta prezidentini təbrik edib | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Malta prezidentini təbrik edib

19:15 - 20 / 09 / 2017
İlham Əliyev Malta prezidentini təbrik edib

Prezident İlham Əliyev Malta Respublikasının prezidenti xanım Mari-Luiz Koleyro Prekanı təbrik edib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, məktubda deyilir:

“Hörmətli xanım Prezident,

Malta Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan-Malta münasibətləri bundan sonra da dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Malta xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

1news.az

Paylaş:
668

Son xəbərlər

Bütün xəbərlər