Avropa Liqasının finalı Bakıda keçiriləcək | 1news.az | Xəbərlər
Futbol

Avropa Liqasının finalı Bakıda keçiriləcək

19:37 - 20 / 09 / 2017
Avropa Liqasının finalı Bakıda keçiriləcək

2018-2019 mövsümündə futbol üzrə Avropa Liqasının finalı Bakı Olimpiya Stadionunda (BOS) keçiriləcək. 

1news.az xəbər verir ki, bu barədə qərar UEFA İcraiyyə Komitəsinin iclasında qəbul olunub.

Çempionlar Liqasının final görüşü isə Madriddəki “Metropolitano” stadionunda baş tutacaq. 

UEFA prezidenti Aleksander Çeferin rəsmi qərarı saat 19:30-da keçirəcəyi mətbuat konfransında açıqlayacaq.

Qeyd edək ki, təməli 2011-ci il iyunun 6-da qoyulmuş BOS-un açılış mərasimi 2015-ci il martın 6-da keçirilib. UEFA-ya göndərilmiş sifariş ərizəsində stadionun tamaşaçı tutumu 70055 nəfər göstərilib. 

1news.az

Paylaş:
894

Son xəbərlər

Bütün xəbərlər