XİN: Meksikadakı zəlzələdə xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur | 1news.az | Xəbərlər
Siyasət

XİN: Meksikadakı zəlzələdə xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur

09:52 - 20 / 09 / 2017
XİN: Meksikadakı zəlzələdə xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur

Meksikada baş vermiş zəlzələ nəticəsində xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur.

1news.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, zəlzələdən dərhal sonra səfrilik bu ölkədə yaşayan və diplomatik missiyada qeydiyyatda olan bütün vətəndaşlarla əlaqə saxlayıb və məlum olub ki, zəlzələ nəticəsində xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur.

H.Hacıyev bildirib ki, hər hansı bir fövqəladə hal baş verdikdə Azərbaycan vətəndaşları yaşadıqları ölkədə fəaliyyət göstərən səfirliklərə müraciət edə bilərlər.

Qeyd edək ki, bu gecə Meksikada 7,1 bal gücündə güclü zəlzə baş verib. Zəlzələ nəticəsində 149 nəfərdən çox adam ölüb. 

1news.az

Paylaş:
591

Son xəbərlər

Bütün xəbərlər