XİN rəhbəri: İsrail-Fələstin münaqişəsi beynəlxalq təhlükəsizliyə təhdid yaradır | 1news.az | Xəbərlər
Siyasət

XİN rəhbəri: İsrail-Fələstin münaqişəsi beynəlxalq təhlükəsizliyə təhdid yaradır

10:02 - 20 / 09 / 2017
XİN rəhbəri: İsrail-Fələstin münaqişəsi beynəlxalq təhlükəsizliyə təhdid yaradır

Xarici işlər naziri Elmar Məmmədyarov Qoşulmama Hərəkatının Fələstin üzrə Nazirlər Komitəsinin iclasında çıxış edib.

1news.az XİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, E.Məmmədyarov Azərbaycanın Fələstin xalqı ilə həmrəyliyini və bu məsələsinin ədalətli, davamlı həllinə qəti dəstəyini bir daha bəyan edib.

“Biz Venesuela Bolivar Respublikası hökumətinə Fələstin üzrə Nazirlər Komitəsi iclasının keçirilməsi təşəbbüsünə görə təşəkkür etmək istərdik.

Azərbaycan beynəlxalq ictimaiyyətin digər üzvləri kimi dünyanın müxtəlif yerlərində baş verən, bəzi regionlarda siyasi qeyri-sabitliyə, irimiqyaslı yerdəyişmələrə və misligörülməmiş humanitar böhranlara yol açan müharibə və silahlı münaqişələrlə bağlı ciddi narahatdır. İsrail-Fələstin münaqişəsinin həll edilməməsi yalnız bu regiona deyil, beynəlxalq təhlükəsizliyə də təhdid yaradır”, XİN rəhbəri deyib.

O əlavə edib ki, Azərbaycan İsrail-Fələstin münaqişəsinin siyasi həllini dəstəkləyir və Fələstin xalqının yanındadır:

“Azərbaycan Fələstin münaqişəsinin, Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olmaqla, iki dövlət həllini dəstəkləyir. Bu xüsusda, qardaş Fələstin xalqının sülh, sabitlik və inkişaf uğrunda mübarizəsinə Azərbaycanın tam dəstəyini bir daha bəyan etmək istərdim. Qoşulmama Hərəkatının gələcək sədri kimi, münaqişənin beynəlxalq hüquq və Hərəkatın qəti mövqeyi əsasında sülh yolu ilə həllinə töhfə vermək məqsədilə Azərbaycan bu funksiyadan istifadə etməyə çalışacaq.

Məmnunluqla qeyd etmək istərdim ki, Azərbaycan və Fələstin arasında sıx siyasi dialoq mövcuddur və müxtəlif səviyyələrdə müntəzəm məsləhətləşmələr keçirilir. Azərbaycanın Fələstin hökuməti və xalqına davamlı dəstəyi müxtəlif səviyyələrdə təkrarlanmışdır və Fələstin dövlətinə dəstəyi davam etməkdədir. 2016-cı ilin mayında Azərbaycandan yüksək səviyyəli nümayəndə heyəti Ramallaha rəsmi səfər etmiş və səfər çərçivəsində praktik əməkdaşlığın daha da intensivləşdirilməsini nəzərdə tutan ikitərəfli müqavilələr imzalanmışdır. Həmçinin, Fələstinin Xarici İşlər Nazirliyinin nümayəndələrindən ibarət heyət 2017-ci ilin fevral ayında Bakıya səfər edib.

Ortaq dəyərlər və mədəniyyətdən irəli gələrək, Fələstin və Azərbaycan tarixən bütün beynəlxalq forum və təşkilatlarda əməkdaşlıq etmiş və bir-birini dəstəkləmişlər. Bu həmrəylik ruhu müxtəlif mərhələlərdə öz sübutunu tapıb. Azərbaycan 2013-cü ildə “Əl-Qüds Əl-Şərif şəhərinin inkişafına dair strateji planın maliyyələşdirilməsi üçün donor konfransı” və “Fələstin Dövlətinin dəstəklənməsi üçün İslam maliyyə təhlükəsizlik şəbəkəsinin yaradılması” kimi iki uğurlu konfransa ev sahibliyi edib və Müqəddəs şəhərin infrastrukturunun inkişafı və saxlanılması üçün mühüm ianə ayırmışdır. Bu il Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının dəstəyi və BMT-nin Fələstin xalqının Ayrılmaz Hüquqlarının tətbiqi üzrə Komissiyasının himayəsi ilə Qüds məsələsi üzrə Beynəlxalq Konfransa ev sahibliyi edib. Konfransda Şərqi Qüdsün işğal altındakı son durumu haqqında ən yeni məlumatlar bölüşüldü, son hadisələr təhlil edildi və praktiki yollar araşdırıldı.

5-ci onillikdir davam edən İsrail-Fələstin münaqişəsi humanitar hüquq və insan haqları da daxil olmaqla, beynəlxalq hüquq çərçivəsində nizamlanma baxımından kollektiv, təxirəsalınmaz və qətiyyətli fəaliyyətin təcililiyini zəruri edir. Fələstin məsələsinin beynəlxalq hüquq və müvafiq BMT qətnamələri əsasında ədalətli və davamlı həllinə nail olunması beynəlxalq müdaxilə və münaqişənin özül səbəblərinin aradan qaldırılması üçün siyasi iradə tələb edir.

Fürsətdən istifadə edərək, biz bir daha Fələstin xalqını ayrılmaz hüquqlarının və sülh, azadlıq və ədalət naminə qanuni iradələrinin reallaşdırılması istiqamətindəki səylərini dəstəklədiyimizi bəyan edirik”.

1news.az

 

Paylaş:
597

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunubBu gün, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43
Bütün xəbərlər