Elmar Məmmədyarov: Azərbaycan Qoşulmama Hərəkatının prinsip və məqsədlərinə xüsusi diqqət ayırır | 1news.az | Xəbərlər
Siyasət

Elmar Məmmədyarov: Azərbaycan Qoşulmama Hərəkatının prinsip və məqsədlərinə xüsusi diqqət ayırır

23:11 - 20 / 09 / 2017
Elmar Məmmədyarov: Azərbaycan Qoşulmama Hərəkatının prinsip və məqsədlərinə xüsusi diqqət ayırır

BMT-dən sonra ikinci böyük dövlətlər qrupu olan Qoşulmama Hərəkatı beynəlxalq sülh və təhlükəsizliyin qorunub-saxlanılmasında və regional təhlükəsizlik, sosial və iqtisadi inkişaf kimi məsələlər də daxil olmaqla, geniş məsələlər dairəsinin müzakirəsində önəmli rol oynayır.

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov “Birtərəfli tədbirlərinin yayılması və tətbiqinin beynəlxalq hüquq və bu tədbirlərə məruz qalan xalqların haqlarını pozması” üzrə Qoşulmama Hərəkatının Nazirlər Görüşündə çıxışı zamanı deyib.

Nazir bildirib ki, Qoşulmama Hərəkatı beynəlxalq münasibətlərdə ədalət və qanunun aliliyinin sadiq müdafiəçisidir: “Qoşulmama Hərəkatı beynəlxalq problemlərin müzakirə edilməsində müxtəlif ideologiyaların təqdimatı baxımından səmərəli və dinamik platformadır. İnkişaf etməkdə olan ölkələrə qarşı istifadə edilmiş birtərəfli məcburetmə tədbirləri beynəlxalq hüquqa, BMT Nizamnaməsinə, dövlətlərarası münasibətlərin sülh yolu ilə uzalaşdırılmasını təmin edən norma və prinsiplərə ziddir və dövlətlər arasında dialoq və siyasi anlaşma ruhuna xələl gətirir. Bu, beynəlxalq sülh və təhlükəsizliyin, eləcə də suveren dövlətlərin daxili işlərinə qarışmama prinsipinin pozulmasını əks etdirir”.

XİN rəhbəri qeyd edib ki, birtərəfli məcburetmə tədbirləri bu tədbirə məruz qalmış dövlətin əhalisinin iqtisadi və sosial inkişafının qarşısını alır və insanların hüquqularına, ərzaq və səhiyyə xidmətləri, yaşayış yerinin təmin edilməsi və zəruri sosial xidmətlər da daxil olmaqla, xüsusilə insanların sağlıq və rifahı baxımından standart yaşayış hüquqlarına mənfi təsir göstərir:

“Dayanıqlı İnkişaf Gündəliyi-2030” sənədində əks olunmuş davamlı inkişaf yolunun uğurla başladılması birtərəfli məcburetmə tədbirləri tətbiq olunan dövlət üçün mümkünsüzdür. İqtisadi və insan inkişafı baxımından birtərəfli məcburetmə tədbirləri Dövlətin Dayanıqlı İnkişaf Məqsədlərinin uğurlu icrası istiqamətində resursların mərkəzləşdirilməsi qabiliyyətini məhdudlaşdırır və xələl gətirir. Bunu nəzərə alaraq, Azərbaycan Expo-2025-ə ev sahibliyi etmək üçün müraciət etmişdir. Biz bu seçkilərdə Qoşulmama Hərəkatından Beynəlxalq Sərgilər Bürosuna yeganə namizəd olan Azərbaycanın namizədliyinin Hərakata üzv dövlətlər tərəfindən dəstəklənməsinə ümid edirik”.

Nazir əlavə edib ki, bu baxımdan, Azərbaycan münaqişələri sülh yolu ilə nizamlanmasının təşviq edilməsi məqsədilə dialoq platformasının əhəmiyyətini və bu xüsusda, münaqişə tərəfləri arasında konstruktiv dialoqu dəstəkləyir: “İnanırıq ki, problemin həll edilməsində əsas məsələ dövlətlərin xoş niyyəti və qarşılıqlı məqbul güzəştlərin tapılmasına hazır olmasıdır. Azərbaycan Qoşulmama Hərəkatının prinsip və məqsədlərinə xüsusi diqqət ayırır. Müstəqil xarici siyasət yürütməklə və heç bir hərbi alyansa üzv olmamaqla, Azərbaycan beynəlxalq norma və prinsiplərin qorunmasında və milli və beynəlxalq səviyyədə demokratikləşmə, insan hüquqlarına və sosial ədalət prinsiplərinə hörmətin təkmilləşdirilməsi istiqamətində davamlı səylər göstərir”.

E. Məmmədyarov əlavə edib: “Qoşulmama Hərəkatının məqsəd və prinsiplərinin güclü dəstəkləyicisi olaraq, Hərəkata üzv dövlətləri Azərbaycana Nazirlər Şurasının iclasında iştiraka dəvət etməkdən məmnunluq duyuram. Biz iclasın keçirilməsi tarixi kimi 2018-ci ilin aprel ayını təklif edirik və məsələ ilə bağlı müvafiq Nota üzv dövlətlər arasında yayılmışdır. Ümid edirəm ki, sizin yekdil dəstəyinizlə gələn il xarici işlər nazirləri səviyyəsində Bakıda yenidən görüşəcəyik.

Bununla əlaqədar olaraq, bir daha BMT Nizamnaməsinin prinsip, məqsəd və məramına, xüsusilə suveren dövlətlərin bərabərliyi, dövlətlərin daxili işlərinə müdaxilə etməmə və qarışmama prinsiplərinə sadiqliyimizi bir daha bəyan edirik. Birtərəfli məcburetmə tədbirlərindən istifadəyə və beynəlxalq hüququn pozulmasına yol verməyən bu prinsiplərə riayət edilməsi hər bir üzv dövlətin vəzifə və məsuliyyətidir”.

1news.az

Paylaş:
653

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunubBu gün, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43
Bütün xəbərlər