Mikayıl Cabbarova yeni vəzifə verilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Mikayıl Cabbarova yeni vəzifə verilir

11:43 - 20 / 09 / 2017
Mikayıl Cabbarova yeni vəzifə verilir

Bu gün Azərbaycan Qılıncoynatma Federasiyasının Hesabat-Seçki Konfransı keçiriləcək.

1news.az-ın ExtraTime.az-a istinadla verdiyi xəbərə görə, Milli Olimpiya Komitəsində baş tutacaq tədbir saat 15:00-da start götürəcək.

Konfransda prezident postuna yeganə namizəd təhsil naziri Mikayıl Cabbarovun federasiyanın rəhbəri seçiləcəyi gözlənilir.

M.Cabbarov həm də Azərbaycan Badminton Federasiyasının prezidentidir.

Qeyd edək ki, son günlərədək bu quruma Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov rəhbərlik edirdi.

S.Xankişiyeva

Paylaş:
958

Son xəbərlər

Bütün xəbərlər