Nazirlər Kabinetində struktur islahatları ilə əlaqədar birləşdirilən şöbələr məlum olub | 1news.az | Xəbərlər
Siyasət

Nazirlər Kabinetində struktur islahatları ilə əlaqədar birləşdirilən şöbələr məlum olub

17:50 - 21 / 09 / 2017
Nazirlər Kabinetində struktur islahatları ilə əlaqədar birləşdirilən şöbələr məlum olub

“Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 avqust tarixli  fərmanının icrası ilə əlaqədar Nazirlər Kabinetində hansı şöbələrin birləşdirildiyi məlum olub.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında və sərəncamlarında dəyişikliklər edilməsi barədə” qərarında əksini tapıb.

Qeyd edək ki, fərmana əsasən təsdiqlənən Nazirlər Kabinetinin strukturuna baş nazirin, baş nazirin birinci müavinini, baş nazirin müavinlərinin, Nazirlər Kabineti Aparatının rəhbərinin və Nazirlər Kabineti Aparatı rəhbərinin müavininin xidmətləri, 14 şöbə - hüquq, maliyyə və iqtisadiyyat məsələləri, humanitar və sosial məsələləri, beynəlxalq əlaqələr, sənaye və energetika məsələləri, neft və kimya məsələləri, kənd təsərrüfatı məsələləri, ekologiya məsələləri, təhlükəsizlik və müdafiə məsələləri, kommunikasiya, tikinti və kommunal təsərrüfatı məsələləri, regionların inkişafı məsələləri, beynəlxalq maliyyə təşkilatları ilə iş, qaçqınların və məcburi köçkünlərin məsələləri, sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbələri, o cümlədən mətbuat xidməti və İşlər idarəsi daxildir.

Nazirlər Kabinetinin qərarına əsasən iqtisadiyyat şöbəsinin əsasında maliyyə və iqtisadiyyat məsələləri şöbəsi, humanitar məsələlər və sosial məsələlər üzrə şöbələrin əsasında humanitar və sosial məsələləri şöbəsi, xarici iqtisadi əlaqələr şöbəsinin əsasında beynəlxalq əlaqələr şöbəsi, sənaye və energetika şöbəsinin əsasında sənaye və energetika məsələləri şöbəsi, neft və kimya şöbəsinin əsasında neft və kimya məsələləri şöbəsi, aqrar-sənaye şöbəsinin əsasında kənd təsərrüfatı məsələləri şöbəsi, ekologiya şöbəsinin əsasında ekologiya məsələləri şöbəsi, müdafiə sənayesi və hərbi və inzibati orqanlar şöbələrinin əsasında təhlükəsizlik və müdafiə məsələləri şöbəsi, tikinti və kommunal təsərrüfatı və nəqliyyat və rabitə şöbələrinin əsasında kommunikasiya, tikinti və kommunal təsərrüfatı məsələləri şöbəsi, regionların inkişafı şöbəsinin əsasında regionların inkişafı məsələləri şöbəsi, beynəlxalq kredit və yardımlar və MDB ölkələri ilə iqtisadi əlaqələr şöbələrinin əsasında beynəlxalq maliyyə təşkilatları ilə iş şöbəsi, qaçqınların, məcburi köçkünlərin və miqrasiya problemləri üzrə şöbəsinin əsasında qaçqınların və məcburi köçkünlərin məsələləri şöbəsi, ümumi şöbənin əsasında sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi yaradılıb.

S.Xankişiyeva

Paylaş:
1271

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər