Pakistan HHQ-nin nümayəndə heyəti Silahlı Qüvvələrin Hərbi Akademiyasını ziyarət edib – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Pakistan HHQ-nin nümayəndə heyəti Silahlı Qüvvələrin Hərbi Akademiyasını ziyarət edib – FOTO

20:39 - 21 / 09 / 2017
Pakistan HHQ-nin nümayəndə heyəti Silahlı Qüvvələrin Hərbi Akademiyasını ziyarət edib – FOTO

Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələri komandanı aviasiya marşalı Sohail Amanın rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 21-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasını ziyarət edib.

1news.az-ın məlumatına görə, Hərbi Akademiyanın rəhbərliyi ilə keçirilən görüş zamanı ölkələrimiz arasında hərbi təhsil sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişafı perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Aviasiya marşalı Sohail Aman “Assimetrik hərbi əməliyyatlar zamanı HHQ-nin tətbiqi” mövzusunda akademiya dinləyiciləri qarşısında mühazirə ilə çıxış edib.

Babək Cahandarov

Paylaş:
1245

Son xəbərlər

Bütün xəbərlər