Dünya bazarlarında neft ucuzlaşır

Dünya birjalarında neftin qiyməti yenidən aşağı düşməyə başlayıb.
1news.az-ın Gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,02 faiz azalaraq 50,68 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,16 faiz azalaraq 56,20 dollar olub.
Babək Cahandarov
640