Lütfi Zadənin nəşinin Bakıya gətirilməsi üçün hazırlıqlar davam edir | 1news.az | Xəbərlər
Cəmiyyət

Lütfi Zadənin nəşinin Bakıya gətirilməsi üçün hazırlıqlar davam edir

09:30 - 21 / 09 / 2017
Lütfi Zadənin nəşinin Bakıya gətirilməsi üçün hazırlıqlar davam edir

Sentyabr ayının 6-da Kaliforniya vaxtı ilə səhər saat 7:30 radələrində dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Kaliforniya Universitetinin professoru Lütfi Zadə dünyasını dəyişib.

Qeyd edildiyi kimi, alimin Azərbaycanda dəfn olunması arzusuna müvafiq olaraq onun nəşi vətənə gətiriləcək. Bununla bağlı sənədləşmə və hazırlıq işləri aparılır. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan AZƏRTAC-a verilən məlumata görə, görkəmli alimin nəşinin Azərbaycana gətirilməsi ilə məşğul olan şirkət hazırlıq tədbirlərini davam etdirir.

Baş Konsulluqdan deyiblər ki, “Alimin nəşinin gətirilməsi üçün peşəkar daşınma şirkəti tərəfindən xüsusi soyuducu konteyner hazırlanmaqdadır. Bu daşınmanın bütün yüksək standartlara cavab verməsi üçün hazırlıqlar müəyyən qədər vaxt aparır. Daşınma şirkəti Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu ilə daim əlaqədədir və hazırlıq işləri bitəndən və konteyner tam hazır olandan sonra, mətbuata məlumat veriləcək“.

Qeyd edək ki, Lütfi Zadənin nəşi təyyarə ilə San Fransisko şəhərindən Azərbaycana yola salınacaq. San Fransiskodan Bakıya birbaşa reys olmadığına görə, daşınma bir neçə gün çəkəcək.

S.Xankişiyeva

Paylaş:
665

Son xəbərlər

Azərbaycan nefti cüzi ucuzlaşıbBu gün, 09:24Azərbaycan Mərkəzi Bankı bu günə olan valyuta məzənnələrini açıqladıBu gün, 09:12Ceyhun Bayramov lüksemburqlu həmkarı ilə Ermənistanla sülh prosesinin hazırkı vəziyyətindən danışıbBu gün, 09:11Bərdədə qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən 5 kiloqram marixuana aşkarlanıbBu gün, 09:10Mehriban Əliyeva Əhmədlidə əsaslı təmirdən sonra istifadəyə verilən məsciddən paylaşım edibBu gün, 09:01Azərbaycanla Çin arasında dəmiryolunda əməkdaşlığın genişləndirilməsi müzakirə olunubBu gün, 09:00Bakının sıxlıq müşahidə olunan yolları açıqlandıBu gün, 08:58İcma: “Dağlıq Qarabağ məsələsi”nin hələ də həll olunmadığını düşünənlər kökündən yanılırlar23 / 09 / 2024, 19:31Bu şəxslər Milli Məclisdə komitə sədrlərinə müavin seçildi - SİYAHI23 / 09 / 2024, 17:52Milli Məclisin komitə sədrləri seçildi - ADLAR23 / 09 / 2024, 17:452 valyuta mübadilə məntəqəsinin vəzifəli şəxsləri cərimələnib23 / 09 / 2024, 17:43Bəzi bölgələrə yağış yağıb, dolu düşüb - FAKTİKİ HAVA - YENİLƏNİB23 / 09 / 2024, 17:37ADY-nin stansiyalarında və qatarlarda “Wi-Fi” olacaq23 / 09 / 2024, 17:33Əli Əsədov Türkiyənin Ali Təhsil Şurasının sədri ilə görüşüb23 / 09 / 2024, 17:18ADY tarif siyasətində dəyişiklik edəcək - Sərnişindaşımada YENİLİKLƏR23 / 09 / 2024, 17:06ANAMA ötən həftə aşkarlanan minaların sayını açıqladı23 / 09 / 2024, 16:58Carlsberg Azerbaijan-ın dəstəyi ilə “Xəzəri Qoruyaq!” aksiyası keçirildi - FOTO23 / 09 / 2024, 16:57Sentyabrın ikinci ongünlüyündə ölkə ərazisində havanın temperaturu iqlim normasından yüksək olub23 / 09 / 2024, 16:55Prezident yeddinci çağırış Milli Məclisin ilk iclasında çıxış edib - TAM MƏTN - FOTO - YENİLƏNİB 223 / 09 / 2024, 16:46İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edib - YENİLƏNİB23 / 09 / 2024, 16:41
Bütün xəbərlər