Hüseyn Bağırov Daşkəsəndə vətəndaşlarla görüşəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Hüseyn Bağırov Daşkəsəndə vətəndaşlarla görüşəcək

22:15 - 21 / 09 / 2017
Hüseyn Bağırov Daşkəsəndə vətəndaşlarla görüşəcək

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov sentyabrın 28-də Daşkəsəndə vətəndaşları qəbul edəcək.

1news.az-ın məlumatına görə, saat 10:00-da Daşkəsən şəhəri Dövlət Arxiv İdarəsində (ünvan: Heydər Əliyev meydanı 2) keçiriləcək qəbulda Daşkəsənlə yanaşı Gəncə, Gədəbəy, Samux və Göygöl rayonlarında yaşayan vətəndaşlar iştirak edəcəklər.

Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected][email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətt”i, həmçinin 10 saylı ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi ilə əlaqə saxlamaları (ünvan: Gəncə şəhəri, H.Z.Tağıyev küçəsi 58, əlaqə telefonları: 022-253-04-48, 050-366-05-04, 050-391-97-50) xahiş olunur.

Babək Cahandarov

Paylaş:
943

Son xəbərlər

Bütün xəbərlər