Məleykə Abbaszadə: “Qabiliyyət tələb edən ixtisaslara dəyişiklik olmayacaq” | 1news.az | Xəbərlər
Cəmiyyət

Məleykə Abbaszadə: “Qabiliyyət tələb edən ixtisaslara dəyişiklik olmayacaq”

13:49 - 22 / 09 / 2017
Məleykə Abbaszadə: “Qabiliyyət tələb edən ixtisaslara dəyişiklik olmayacaq”

“Tam məsuliyyətlə deyirəm ki, 2018-2019-cu illərdə qəbul və buraxılış imtahanlarında heç bir dəyişikliklər nəzərdə tutulmayıb. Dəyişikliklər 2019-cu ildə tətbiq olunacaq”.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, 2019-cu ildə qəbul imtahanında hər qrup üzrə üç fənn təqdim ediləcək və müddət yenə üç saat olacaq: “2009-cu ildən məktəblərdə kurikulum əsasında tədris qurulub. Buraxılış imtahanları iki mərhələdə aparılıb. Tamamilə yeni növ qiymətləndirmə-ölçmə materialları istifadə olunub. Kurikulum əsasında təhsil alan uşaqlar iki ildən sonra on birinci sinfə çatanda onların buraxılış və qəbul imtahanlarında müəyyən dəyişikliklər olacaq”.

Mərkəz direktoru deyib ki, dəyişikliyin nədən ibarət olması açıqlanıb, gələn həftə bununla əlaqədar geniş məlumatlar veriləcək: “İndi onuncu sinifdə oxuyan şagirdlərin valideynləri çox narahatdırlar. Çünki bilmirlər ki, hansı fənlərdən imtahanlar olacaq. 2019-cu ildə buraxılış imtahanlarında fənlər builki buraxılış imtahanındakı fənlər olacaq. Bunlar ana dili, riyaziyyat və xarici dil fənləridir. Buraxılış imtahanın formatı necə olubsa, yenə həmin formatda nəzərdə tutulub. Təbii ki, yeni növ imtahanı vermək üçün uşaqlar hazırdırlar.

O ki qaldı qəbul imtahanlarına, indiyədək qəbul imtahanlarında eyni balı toplayan uşaqlar bir yerdə müsabiqədə iştirak edirdilərsə, ikinci mərhələdə ikinci kriteriya kimi attestat balı nəzərə alınırdı. 2019-cu ildə nəzərdə tutulur ki, buraxılış imtahanında şagirdlərin topladığı nəticələr həmin ilin qəbul imtahanlarında topladığı nəticələrin üstünə gəlsin, ümumi nəticə əldə olunsun. Misal üçün, buraxılış imtahanında topladığı bal 300 baldırsa, o bal qəbul imtahanında topladığı nəticənin üstünə gəlir və beləliklə, ümumi balla müsabiqə keçirilir. Abituriyentlərə qəbul imtahanlarında beş fənn üç saat ərzində təqdim olunurdu. 2019-cu ildə qəbul imtahanında hər qrup üzrə üç fənn təqdim olunacaq. Təbii ki, orda yalnız qapalı testlər yox, yeni növ tapşırıqlar da əksini tapacaq. Yeni növ tapşırıqlar o deməkdir ki, onların cavabı olmayacaq. Abituriyent o cavabı özü yazmalıdır”.

Mərkəz sədri əlavə edib ki, bu növ tapşırıqların yoxlanması da yeni üsulları tələb edir: “Valideynlər narahatdır ki, belə növ tapşırıqları təkcə kompüter yox, ekspertlər də qiymətləndirəcəksə, prosesə hansısa müdaxilə mümkündür, yoxsa yox? Tam məsuliyyətlə deyə bilərəm ki, bu istiqamətdə iş aparırıq. Dövlət İmtahan Mərkəzinin xüsusi proqram təminatı var. Həmin proqram təminatı təkmilləşib və nəhayət bu il buraxılış imtahanında olan iki yüz min işi həmin proqram təminatı ilə yoxlamışıq. Həmin yoxlamada insan faktoru bu prosesə təsir göstərməyib. Valideynləri əmin edə bilərəm ki, yazı işlərinin qiymətləndirilməsində insan faktoru yekun qiymətləndirməyə təsir göstərməyəcək. Uşaqların bilikləri tam şəffaf şəkildə qiymətləndiriləcək”.

M. Abbaszadənin sözlərinə görə, qabiliyyət tələb edən ixtisaslara dəyişiklik olmayacaq: “Qabiliyyət tələb edən ixtisaslara qəbul indiyə qədər necə olubsa, biz nəzərdə tuturuq ki, yenə həmin şəkildə aparılsın”.

Babək Cahandarov

Paylaş:
886

Son xəbərlər

Azərbaycan nefti cüzi ucuzlaşıbBu gün, 09:24Azərbaycan Mərkəzi Bankı bu günə olan valyuta məzənnələrini açıqladıBu gün, 09:12Ceyhun Bayramov lüksemburqlu həmkarı ilə Ermənistanla sülh prosesinin hazırkı vəziyyətindən danışıbBu gün, 09:11Bərdədə qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən 5 kiloqram marixuana aşkarlanıbBu gün, 09:10Mehriban Əliyeva Əhmədlidə əsaslı təmirdən sonra istifadəyə verilən məsciddən paylaşım edibBu gün, 09:01Azərbaycanla Çin arasında dəmiryolunda əməkdaşlığın genişləndirilməsi müzakirə olunubBu gün, 09:00Bakının sıxlıq müşahidə olunan yolları açıqlandıBu gün, 08:58İcma: “Dağlıq Qarabağ məsələsi”nin hələ də həll olunmadığını düşünənlər kökündən yanılırlar23 / 09 / 2024, 19:31Bu şəxslər Milli Məclisdə komitə sədrlərinə müavin seçildi - SİYAHI23 / 09 / 2024, 17:52Milli Məclisin komitə sədrləri seçildi - ADLAR23 / 09 / 2024, 17:452 valyuta mübadilə məntəqəsinin vəzifəli şəxsləri cərimələnib23 / 09 / 2024, 17:43Bəzi bölgələrə yağış yağıb, dolu düşüb - FAKTİKİ HAVA - YENİLƏNİB23 / 09 / 2024, 17:37ADY-nin stansiyalarında və qatarlarda “Wi-Fi” olacaq23 / 09 / 2024, 17:33Əli Əsədov Türkiyənin Ali Təhsil Şurasının sədri ilə görüşüb23 / 09 / 2024, 17:18ADY tarif siyasətində dəyişiklik edəcək - Sərnişindaşımada YENİLİKLƏR23 / 09 / 2024, 17:06ANAMA ötən həftə aşkarlanan minaların sayını açıqladı23 / 09 / 2024, 16:58Carlsberg Azerbaijan-ın dəstəyi ilə “Xəzəri Qoruyaq!” aksiyası keçirildi - FOTO23 / 09 / 2024, 16:57Sentyabrın ikinci ongünlüyündə ölkə ərazisində havanın temperaturu iqlim normasından yüksək olub23 / 09 / 2024, 16:55Prezident yeddinci çağırış Milli Məclisin ilk iclasında çıxış edib - TAM MƏTN - FOTO - YENİLƏNİB 223 / 09 / 2024, 16:46İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edib - YENİLƏNİB23 / 09 / 2024, 16:41
Bütün xəbərlər