Rövşən Rzayev: Dövlətimizin başçısı BMT-dəki çıxışında qətiyyətli və prinsipial mövqe nümayiş etdirdi | 1news.az | Xəbərlər
Siyasət

Rövşən Rzayev: Dövlətimizin başçısı BMT-dəki çıxışında qətiyyətli və prinsipial mövqe nümayiş etdirdi

17:11 - 22 / 09 / 2017
Rövşən Rzayev: Dövlətimizin başçısı BMT-dəki çıxışında qətiyyətli və prinsipial mövqe nümayiş etdirdi

Sentyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılışında çıxışı zamanı birmənalı olaraq prinsipial mövqeyini nümayiş etdirdi. Azərbaycanın inkişafının sürətlə davam etdiyini diqqətə çatdırdı.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu fikirləri Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev səsləndirib.

Rövşən Rzayev qeyd edib ki, Azərbaycanın hazırda böyük bir problemi var, dövlətimizin ərazi bütövlüyü pozulub, torpaqlarımızın işğaldan azad olunması barədə Prezident İlham Əliyev BMT-nin dörd qətnaməsini bir daha onların yadına saldı. Açıq şəkildə bildirdi ki, digər dövlətlərlə bağlı qətnamələr dərhal yerinə yetirilir, Azərbaycanla bağlı qətnamələr isə yerinə yetirilmir, çünki bununla bağlı ikili standartlar mövcuddur.

“Bu, sessiyada Azərbaycanla bağlı çox vacib mesajlar idi. Bundan sonra dünya ictimaiyyəti, aparıcı dövlətlər, Minsk qrupunun həmsədrləri həmin mövqeyə öz yanaşmalarını səsləndirməlidirlər. Digər tərəfdən isə dövlətimizin başçısı bir daha dünya ictimaiyyətinə çatdırdı ki, Xocalı soyqırımının təşkilatçısı və birbaşa iştirakçısı bu gün Ermənistana rəhbərlik edən Serj Sarkisyandır. Bunu BMT tribunasından demək təbii ki, çox vacib idi.

Dövlətimizin marağından çıxış edən Prezident İlham Əliyev sessiya iştirakçılarını Azərbaycanın inkişafını təmin edən siyasət barədə məlumatlandırdı. Mən də Azərbaycan xalqı ilə bərabər dövlətimizin başçısının qətiyyətli çıxışına və prinsipial mövqeyinə görə qürur hissi keçirirəm”, - deyə Milli Məclisin deputatı vurğulayıb.

S.Xankişiyeva

Paylaş:
797

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunubBu gün, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43
Bütün xəbərlər