“Hamı üçün İKT” sosial layihəsinə start verilib | 1news.az | Xəbərlər
Cəmiyyət

“Hamı üçün İKT” sosial layihəsinə start verilib

21:27 - 22 / 09 / 2017
“Hamı üçün İKT” sosial layihəsinə start verilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi aztəminatlı, qaçqın və məcburi köçkün, şəhid ailələrinin üzvləri və məhdud fiziki imkanlı məktəblilər və gənclər üçün kompüter biliklərinin inkişafına xidmət edən “Hamı üçün İKT” sosial  layihəsinə start verib.

Nazirliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, layihə Elektron Hökumət Təlim-Tədris Mərkəzi tərəfindən Bakı və regionlarda yerləşən təlim mərkəzlərində keçiriləcək.

Layihə çərçivəsində 1000-ə yaxın şəxsin informasiya texnologiyalarından istifadə biliklərinin artırılması, ən vacib kompüter proqramlarının öyrənilməsi və elektron hökumət həlləri üzrə bacarıqların inkişaf etdirilməsi məqsədilə ödənişsiz əsaslarla təlimlər təşkil olunacaq. Təlimlərdə iştirak edənlər yeni biliklər əldə edəcək və şəxsi karyeralarını inkişaf etdirmək  imkanı qazanacaqlar.

Layihə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir. Eyni zamanda, Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi layihəyə dəstək verirlər. Layihənin digər dəstəkçisi “Microsoft Azərbaycan” layihə iştirakçılarına tədris məzmunu və beynəlxalq sertifikat imtahanlarında ödənişsiz iştirak hüququ təqdim edir.

İlk təlimlərə sentyabrın 6-dan start verilib. Bu təlimlər Gəncə, Mingəçevir, Lənkəran, Şirvan, Şamaxı, Şəki regional təlim mərkəzlərində keçirilir. Təlimlərdə yaşından, ixtisasından asılı olmayaraq, hər bir kəs iştirak edə bilər.

Təlimlər 6 günlük kurslar şəklində təşkil olunur. Məşğələlər beynəlxalq sertifikatlı təlimçilər tərəfindən keçirilir. Təlimlərin yekunları üzrə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sertifikatları təqdim ediləcək.

Qeyd edək ki, Elektron Hökumət Təlim-Tədris Mərkəzi kompüter və informasiya texnologiyaları sahəsində əhalinin biliklərinin artırılması məqsədilə yaradılıb və innovativ texnologiyalardan istifadə etməklə 16 rayonda əhaliyə xidmət göstərir. Təlimlərə yazılmaq üçün yaxınlığınızda yerləşən “Şəbəkə” xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Layihədə iştirak etmək və əlavə məlumat almaq üçün aşağıdakı vasitələrlə Mərkəz ilə əlaqə saxlamaq mümkündür: www.e-training.az, [email protected], (012) 505-01-13,  (077) 505-01-13.

Babək Cahandarov

Paylaş:
1022

Son xəbərlər

Ceyhun Bayramov lüksemburqlu həmkarı ilə Ermənistanla sülh prosesinin hazırkı vəziyyətindən danışıbBu gün, 09:11Bərdədə qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən 5 kiloqram marixuana aşkarlanıbBu gün, 09:10Mehriban Əliyeva Əhmədlidə əsaslı təmirdən sonra istifadəyə verilən məsciddən paylaşım edibBu gün, 09:01Azərbaycanla Çin arasında dəmiryolunda əməkdaşlığın genişləndirilməsi müzakirə olunubBu gün, 09:00Bakının sıxlıq müşahidə olunan yolları açıqlandıBu gün, 08:58İcma: “Dağlıq Qarabağ məsələsi”nin hələ də həll olunmadığını düşünənlər kökündən yanılırlar23 / 09 / 2024, 19:31Bu şəxslər Milli Məclisdə komitə sədrlərinə müavin seçildi - SİYAHI23 / 09 / 2024, 17:52Milli Məclisin komitə sədrləri seçildi - ADLAR23 / 09 / 2024, 17:452 valyuta mübadilə məntəqəsinin vəzifəli şəxsləri cərimələnib23 / 09 / 2024, 17:43Bəzi bölgələrə yağış yağıb, dolu düşüb - FAKTİKİ HAVA - YENİLƏNİB23 / 09 / 2024, 17:37ADY-nin stansiyalarında və qatarlarda “Wi-Fi” olacaq23 / 09 / 2024, 17:33Əli Əsədov Türkiyənin Ali Təhsil Şurasının sədri ilə görüşüb23 / 09 / 2024, 17:18ADY tarif siyasətində dəyişiklik edəcək - Sərnişindaşımada YENİLİKLƏR23 / 09 / 2024, 17:06ANAMA ötən həftə aşkarlanan minaların sayını açıqladı23 / 09 / 2024, 16:58Carlsberg Azerbaijan-ın dəstəyi ilə “Xəzəri Qoruyaq!” aksiyası keçirildi - FOTO23 / 09 / 2024, 16:57Sentyabrın ikinci ongünlüyündə ölkə ərazisində havanın temperaturu iqlim normasından yüksək olub23 / 09 / 2024, 16:55Prezident yeddinci çağırış Milli Məclisin ilk iclasında çıxış edib - TAM MƏTN - FOTO - YENİLƏNİB 223 / 09 / 2024, 16:46İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edib - YENİLƏNİB23 / 09 / 2024, 16:41Sabahdan hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ23 / 09 / 2024, 16:10Orta Dəhlizin artan nüfuzu: ADY-nin iştirakı ilə Çin Xalq Respublikasında geniş müzakirələr aparılıb23 / 09 / 2024, 16:01
Bütün xəbərlər