Mübariz Əhmədoğlu: İranın Ermənistana pressinqi və ya təcridi | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: İranın Ermənistana pressinqi və ya təcridi

11:31 - 22 / 09 / 2017
Mübariz Əhmədoğlu: İranın Ermənistana pressinqi və ya təcridi

Ermənistanın iqtisadiyyat və investisiya naziri S.Karayanın sentyabrın 19-da “Araz”-AİZ-lə tanışlıq məqsədi ilə İrana səfərə hazırlaşdığı vaxtda İranın şəhərsalma və yol naziri Abbas Axundi sentyabrın 17-də Ərdəbildə oldu.

1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu Ermənistanın iqtisadiyyat və investisiya naziri S.Karayanın İrana səfərilə bağlı açıqlmanı şərh edərkən bildirib:

“Axundinin məqsədi Ərdəbil-Parsabad-Aslandüz (Horadiz) nəqliyyat layihəsinin reallaşdırılmasının vəziyyəti ilə tanış olmaq idi. Ərdəbil-Parsabad-Aslandüz (Horadiz) avtomobil və dəmir yolu İranın çoxdan reallaşdırmaq istədiyi layihədir. Bu layihədə ilkin addımlar atılıb. Məqsəd Ərdəbil ostanın məhsullarını İran ərazisi vasitəsilə mümkün qədər daha qısa məsafə ilə Azərbaycanın ərazisinə çıxarmaqdır. İran gələcəkdə avtomobil və dəmir yolunu Horadizdən Gəncəyə, oradan Gürcüstanadək uzatmaq istəyir.

Çox böyük ehtimalla bu marşrut Ərdəbillə məhdudlaşmayacaq. Gələcəkdə Şərqi Azərbaycan (Təbriz) və Qərbi Azərbaycanın (Urmiya) da yükləri də bu nəqliyyat koridoru vasitəsilə daşına bilinər. Təbrizdən Ərdəbilədək olan məsafə Təbrizdən Qəzvinədək olan məsafədən qat-qat qısadır.  Bu ideyalar çoxdan mövcud olsa da İran Ermənistanın da qonşu kimi maraqlarını nəzərə aldığı üçün layihənin sürətini zəiflətmişdi. Maliyyə problemi də özünü göstərirdi”.

Politoloqun fikrincə,  İran Azərbaycan, Ermənistan və Türkiyə ilə əməkdaşlıq məqsədilə “Araz” AİZ-in yaradılması təşəbbüsünü irəli sürdü və ilkin addımlar atıb:

“Araz” AİZ-in reallaşması Arazqırağı Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunmasını diktə edirdi. Bu səbəbdən də Ermənistan İranın təklif etdiyi layihədən imtina etdi və vəziyyəti müvəqqəti də olsa öz xeyrinə dəyişdirə bildi. “Mehri” AİZ-lə bağlı sənəd imzalandı: İran və Ermənistan Mehri-Nordüz keçid məntəqəsində ticarət edəcəkdilər.

Lakin sonradan İran Azərbaycanın özünün iqtisadi layihələrdə iştirakının əhəmiyyətini nəzərə alaraq mövqeyini dəyişdi. Mehri-Nordüz gömrük zonası ilə bağlı müqavilə imzalanmasına baxmayaraq Ermənistanı yenidən “Araz” AİZ-ə qoşulmağa vadar etdi. İndi “Mehri” və “Araz” AİZ-ləri arasında əməkdaşlığın genişləndirilməsi adı ilə İran Ermənistanı “Araz” AİZ-ə qoşmaq istəyir.

M.Əhmədoğlunun sözlərinə, İranda indi başa düşürlər ki, Ermənistan onun “Araz” AİZ çərçivəsində əməkdaşlığa meylli deyil:

“Son aylarda Ermənistan İsraillə əlaqələrə daha çox üstünlük verir və bunun nəticəsində İran Ərdəbil-Parsabad-Aslandüz (Horadiz) nəqliyyat koridorunu sürətləndirmək istəyir. Bu koridorun fəaliyyətə başlaması Ermənistanın izolyasiyası deməkdir. Aslandüz-Horadizdən İranın qatarları artıq keçmiş Moskva-Tehran dəmir yoluna çıxacaq.

 “Araz” Azad İqtisadi Zonanın fəaliyyətə başlaması Arazqırağı ərazilərin işğaldan azad edilməsini və Mehri dəmir yolunun işə başlamasını diktə edir. Əgər qısa müddətdə Ermənistan rəsmən razılıq verməzsə Ərdəbil-Parsabad-Aslandüz-Horadiz nəqliyyat marşrutu işə başlayacaqdır”.

S.Xankişiyeva

Paylaş:
925

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunubBu gün, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43
Bütün xəbərlər