İlham Əliyev Balaxanı Sənaye Parkının açılışında iştirak edib – FOTO - YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Balaxanı Sənaye Parkının açılışında iştirak edib – FOTO - YENİLƏNİB

12:00 - 22 / 09 / 2017
İlham Əliyev Balaxanı Sənaye Parkının açılışında iştirak edib – FOTO - YENİLƏNİB

Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Balaxanı Sənaye Parkının açılışında iştirak edib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, iqtisadiyyat naziri Şahin Mustafayev görülən işlərlə bağlı dövlətimizin başçısına ətraflı məlumat verdi.

İqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritet istiqamətlərindəndir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bu sahədə mühüm işlər görülür.

Bu baxımdan iqtisadiyyatın digər sahələri ilə yanaşı, sənayenin inkişafına xüsusi önəm verilir. Həyata keçirilən sənayeləşmə siyasətinə uyğun olaraq, yüzlərlə müasir sənaye müəssisəsi fəaliyyətə başlayıb, ölkəmizdə yeni sənaye sahələri yaradılıb, tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artıb, ixracın həcmi yüksəlib. Müasir texnologiyalara və qabaqcıl təcrübəyə əsaslanan sənaye müəssisələrində tullantıların təkrar emalı kimi yeni sahələr inkişaf etdirilməklə, xammal idxalından asılılıq azaldılır, resurslara və enerjiyə qənaət olunur ki, bu da ölkədə “yaşıl iqtisadiyyat”ın yüksəlişinə geniş imkan yaradır.

Qeyd edək ki, təkrar istehsal sahəsində sahibkarlar və potensial investorlar üçün əlverişli şərait yaratmaq məqsədilə Prezident İlham Əliyevin 2011-ci il dekabrın 28-də imzaladığı Sərəncam ilə Balaxanı Sənaye Parkı yaradılıb. Sərəncamla İqtisadiyyat Nazirliyinin “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti Balaxanı Sənaye Parkının idarəedici təşkilatı təyin edilib və Parkın yaradılması üçün Balaxanı qəsəbəsində 7 hektar torpaq sahəsi ayrılıb. Balaxanı Sənaye Parkının yaradılması ölkəmizdə yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye məhsullarının istehsalının genişləndirilməsi, qeyri-neft sektorunun, o cümlədən “yaşıl iqtisadiyyat”ın inkişafı, əhalinin istehsal sahəsində məşğulluğunun artırılması, Bakı şəhəri və ətraf qəsəbələrdə ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədinə xidmət edir.

Həmçinin Balaxanı Sənaye Parkının rezidentlərinə, digər sənaye parklarının rezidentləri kimi dövlət tərəfindən bir sıra güzəştlər edilib. Belə ki, rezidentlər 7 il müddətinə mənfəət, torpaq, əmlak vergisindən azad olunur, sənaye parkında istehsal sahəsinin qurulması və məhsul istehsalı məqsədilə idxal edilən texnika, texnoloji avadanlıq və qurğular ƏDV-dən və idxal rüsumundan azad edilir. Balaxanı Sənaye Parkının ərazisində infrastruktur obyektlərinin qurulması və rezidentlərin tələblərinə uyğunlaşdırılmış istehsalat binalarının tikintisi dövlət vəsaiti hesabına həyata keçirilib. Bundan başqa, Balaxanı Sənaye Parkında rezidentlər üçün xarici və daxili infrastruktur qurulub, yol salınıb, əraziyə elektrik, qaz, su, kanalizasiya və rabitə xətləri çəkilib, lazımi kommunikasiya sistemi yaradılıb, istehsal sahələri, ofis və əməliyyat binası tikilib. Artıq ümumi sahəsi 12 min kvadratmetr olan anqar tipli 15 istehsalat binası rezidentlərin istifadəsi üçün tam hazırdır. Sənaye Parkının Balaxanı bərk məişət tullantılarının zərərsizləşdirilməsi poliqonuna, tullantıların çeşidlənməsi və yandırılması zavodlarına, o cümlədən əsas nəqliyyat qovşağına yaxın olması, logistika, xammal və enerji təchizatına, eləcə də istehsal olunmuş məhsulun asanlıqla satış bazarına çıxarılmasına əlverişli imkan yaradır. Hazırda Balaxanı Sənaye Parkında işlənmiş mühərrik yağlarının, tullantı plastik butulkaların, kağız-karton məmulatların, tullantı plastik materiallarının, süngər tullantılarının təkrar emalı sahələri üzrə qeydiyyata alınan 5 rezident tərəfindən 23 milyon manat investisiya yatırılıb.

Balaxanı Sənaye Parkında ilkin mərhələdə ümumilikdə 400-ə yaxın daimi iş yeri yaradılacaq.

Prezident İlham Əliyev Balaxanı Sənaye Parkının rəmzi açılışını bildirən lenti kəsdi.

Dövlətimizin başçısı Balaxanı Sənaye Parkında yaradılan müəssisələrlə yaxından tanış oldu. Sənaye Parkın rezidentlərindən biri “Az.Ekol.” MMC-dir. Müəssisə plastik-PET butulkaların təkrar emalından plastik qırıntıların istehsalı üzrə fəaliyyət göstərəcək. Layihənin ümumi investisiya məbləği 1,5 milyon manatdır. Müəssisənin illik istehsal gücü 1500 tondur. İstehsal sahəsində 30-dan çox daimi iş yeri açılacaq. İstehsal prosesi zamanı plastik butulkalardan alınacaq yüksək keyfiyyətli plastik qırıntıların xarici ölkələrə ixracı nəzərdə tutulur. Gələcəkdə qırıntılardan son məhsul olan plastik ipliyin istehsalı da planlaşdırılır.

Azərbaycan Prezidentinin tapşırıqlarına uyğun olaraq iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı istiqamətində mühüm addımlar atılıb. Bu sahəyə yönəldilən investisiyalar keyfiyyətli yerli məhsulların istehsalının genişləndirilməsinə hərtərəfli təkan verir. “Az.Ekol.”müəssisənin yaradılması da məhz rəqabətədavamlı və müasir standartlara cavab verən bu sahənin inkişafına mühüm töhfə hesab oluna bilər. Belə layihələrin reallaşması dövlətimizin başçısının verdiyi tapşırıqların icrasının uğurlu və davamlı xarakter daşıdığını nümayiş etdirir.

Prezident İlham Əliyev Balaxanı Sənaye Parkının digər rezidenti -“Ekokat” MMC-nin fəaliyyəti ilə də tanış oldu. Müəssisə işlənmiş mühərrik yağlarının emalı üzrə fəaliyyət göstərəcək. İnvestisiya qoyuluşu 1 milyon manat təşkil edən müəssisənin illik istehsal gücü 3000 tondur. Rezidentə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 200 min manat məbləğində güzəştli kredit vəsaiti verilib. Bu güzəştli kredit hesabına Türkiyə və Çindən emal avadanlıqları alınıb. Artıq rezident tərəfindən işlənmiş mühərrik yağlarının toplanması və tədarükü üçün müqavilələrin bağlanmasına başlanılıb. Yeni yaradılan müəssisədə işlənmiş mühərrik yağlarının texnoloji və kimyəvi proseslərdən keçirməklə təkrar emalından 88 faiz həcmdə yenidən istifadəyə yararlı mühərrik yağları istehsal etmək mümkündür. Bu yağlar iri tutumlu nəqliyyat vasitələrinin və kənd təsərrüfatı texnikasının mühərriklərində istifadə üçün bütün standartlara cavab verəcək. İstehsal prosesi zamanı baza yağları ilə yanaşı, dizel yanacağı da əldə olunacaq ki, bu da istehsalın yanacağa olan tələbatının ödənilməsinə yönəldiləcək. Qalan neft qalıqları isə asfalt, ruberoid və s. istehsalında bitum əvəzedicisi kimi istifadə oluna bilər. Bundan başqa, ölkəmizdə ildən-ilə sürətlə artan avtomobil və digər texnikalarda istifadə olunmuş mühərrik və ya sürtkü yağlarının təkrar emalı bu yağların kənara atılaraq ətraf mühiti çirkləndirməsinin qarşısını alacaq.

Balaxanı Sənaye Parkının daha bir rezidenti isə fərdi sahibkar Etibar Eminovun “Çapar” poliqrafiya müəssisəsidir. Prezident müəssisə ilə yaxından tanış oldu. Bildirildi ki, burada tullantı kağızlardan istifadə olunmaqla çap-poliqrafiya məhsulları istehsal ediləcək. Müəssisənin ümumi investisiya məbləği 1 milyon manatdır, illik istehsal gücü 348 tondur. Artıq müəssisə sifarişlər də qəbul etməyə başlayıb.

Dövlətimizin başçısı Balaxanı Sənaye Parkının daha bir rezidenti - “METAK” MMC-nin müəssisəsinin fəaliyyəti ilə də tanış oldu. Müəssisə tullantı-plastik məmulatların təkrar emalı nəticəsində müxtəlif plastik qablaşdırma məhsullarının istehsalı ilə məşğul olacaq. Ümumi investisiya dəyəri 17 milyon manat olan “METAK” MMC-nin bu layihəsinə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondundan 1,2 milyon manat güzəştli kredit vəsaiti ayrılıb. Güzəştli kredit vəsaiti hesabına Avropa, Türkiyə və Çindən alınmış istehsal xətləri Sənaye Parkında quraşdırılıb. Müəssisənin illik istehsal gücü 12 min tondur. Burada 140-dan çox daimi iş yeri açılacaq.

Balaxanı Sənaye Parkının rezidentlərindən biri olan “FORİELLA” MMC isə süngər tullantılarının təkrar emalı və mebel istehsalı üzrə fəaliyyət göstərəcək. Ümumi investisiya məbləği 3,5 milyon manat olan müəssisənin yaradılmasına da dövlət tərəfindən dəstək verilib. Belə ki, bu müəssisəyə Sahibkarlığa Kömək Milli Fondundan 2 milyon manat güzəştli kredit ayrılıb. Müəssisənin illik istehsal gücü 3 min dəst qonaq, yataq, mətbəx mebelləri, 100 min ədəd stul, 10 min masa təşkil edir. Müəssisədə 150 nəfər daimi işlə təmin olunacaq.

Sahibkarların marağını nəzərə alaraq, Balaxanı Sənaye Parkının fəaliyyətinin genişləndirilməsi işləri davam etdirilir. Artıq polietilen və polipropilen tullantılarının, kartriclərin təkrar emalı, polietilen tullantılarının təkrar emalından yapışqan lent istehsalı, qida yağlarının təkrar emalı nəticəsində biodizel, taxta tullantıların emalından kömür, qida tullantılarından gübrə və yem, kağız tullantılarından meyvə-tərəvəz üçün qablaşdırma məmulatları istehsalı sahələri üzrə sahibkarlar Balaxanı Sənaye Parkında fəaliyyət göstərmək üçün müraciət ediblər.

Sonra xatirə şəkli çəkdirildi.

X X X

Daha sonra Prezident İlham Əliyev Balaxanı bərk məişət tullantılarının zərərsizləşdirilməsi poliqonu ilə tanış oldu.

Qeyd edək ki, ötən əsrin 60-cı illərindən fəaliyyət göstərən Balaxanı poliqonu 2009-cu ildə İqtisadiyyat Nazirliyinin “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin balansına verilib. 120 hektar sahəsi olan poliqonda tullantıların düzgün yerləşdirilməsi nəticəsində ərazidə mütəmadi baş verən yanğınların mənbəyi aşkarlanıb və qısa müddətdə qarşısı alınıb. Poliqonun ərazisində təhlükəsizliyi təmin etmək məqsədilə mühafizə sistemi qurulub, poliqonda torpaqlama, hamarlama işləri aparılıb, ətraf ərazilərdə yaşıllıqlar salınaraq poliqonun görünüşü tamamilə dəyişib. Dünya Bankı ilə birgə həyata keçirilən “Bərk məişət tullantılarının vahid idarəçiliyi” layihəsi çərçivəsində Balaxanı poliqonunda tullantıların beynəlxalq standartlara uyğun düzgün yerləşdirilməsi və basdırılması təmin edilib. Poliqona gətirilən bərk məişət tullantıları beynəlxalq sanitar normalara uyğun olaraq, xüsusi hücrələrə yerləşdirilir və hücrə dolduqdan sonra tullantıları ətraf mühitdən təcrid etmək məqsədilə tullantılar geomembran və geotekstil qatlarla örtülür, üzərinə vegetativ torpaq səpilərək yaşıllıqlar yaradılır. Tullantılardan ayrılan çirkab sular xüsusi süzgəclər vasitəsilə texniki suya çevrilərək suvarma işləri üçün istifadə edilir. Üzvi tullantıların çürüməsi nəticəsində əmələ gələn bioqazlardan isə xüsusi generator vasitəsilə ildə 2 MVt/saat elektrik enerjisi əldə olunur.

Qeyd edək ki, Heydər Əliyev Fondunun təşəbbüsü, “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı, IDEA İctimai Birliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Q-Gallery” İncəsənət qalereyasının dəstəyi ilə 2012-ci ildən bəri hər il Qala qəsəbəsində “Tullantıdan sənətə” adlı beynəlxalq sərgilər təşkil edilir. Bu günə qədər keçirilən 5 sərgidə 30 ölkədən 100-dən artıq sənətkar iştirak edib.

Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonuna tullantı gətirən nəqliyyat vasitələri tullantıları boşaltdıqdan sonra yuyulur və dezinfeksiya edilir. 4 kabinədən ibarət olan yuma və dezinfeksiya məntəqəsi beynəlxalq standartlara uyğun qurulub və gün ərzində 400-dən çox maşına xidmət göstərmək gücünə malikdir. “Bərk məişət tullantılarının vahid idarəçiliyi” layihəsi uğurlu icraya görə Dünya Bankının xüsusi mükafatına layiq görülüb.

S.Xankişiyeva

Paylaş:
1203

Son xəbərlər

“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27Məktəbəhazırlıq qrupları və birinci siniflərin yerdəyişməsi başlayıbBu gün, 11:14
Bütün xəbərlər