Bakıda yataqxana binasında yanğın olub, sakinlər təxliyyə edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda yataqxana binasında yanğın olub, sakinlər təxliyyə edilib

12:35 - 22 / 09 / 2017
Bakıda yataqxana binasında yanğın olub, sakinlər təxliyyə edilib

Bu gün Bakı şəhərinin Yasamal rayonunda yerləşən yataqxana binasında yanğın baş verib.

1news.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, ilkin məlumata əsasən, binanın üçüncü mərtəbəsində mənzildə 12 m2 sahədə ev əşyaları yanıb.

Yanğın zamanı binadan 10 nəfər təxliyyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Babək Cahandarov

Paylaş:
831

Son xəbərlər

Bütün xəbərlər