Bəzi rayonlarda şimşək çaxacaq, yağış və dolu yağacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Bəzi rayonlarda şimşək çaxacaq, yağış və dolu yağacaq

12:54 - 22 / 09 / 2017
Bəzi rayonlarda şimşək çaxacaq, yağış və dolu yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi sentyabr ayının 7-nə olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər yarımadanın bəzi yerlərində zəif duman olacaq. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 18-22, gündüz 29-34, Bakıda gecə 19-21, gündüz 30-32 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 30-35 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında sentyabrın 23-də şimal rayonlarından başlayaraq bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı,  ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Səhər arabir duman olacaq. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 15-20, gündüz 29-34, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir. 

Tibbi-meteoroloji proqnoza görə, sentyabrın 23-də Abşeron yarımadasında temperaturun bir qədər yüksək olması fonunda rütubətli hava şəraiti meteohəssas insanlarda narahatlıq yaratsa da, sentyabrın 24-də mülayim xəzri küləyinin əsməsi müsbət amildir. 

Meteoroloqlar xəbərdarlıq edirlər ki, sentyabrın 23-ü gündüzdən 26-dək bəzi rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir.

Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.  Çaylarda sululuğun artacağı ehtimal olunur.

Babək Cahandarov

Paylaş:
1003

Son xəbərlər

Bütün xəbərlər