Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb

13:30 - 23 / 09 / 2017
Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb

Xarici İşlər naziri Elmar Məmmədyarov BMT Baş məclisinin 72-ci sessiyası çərçivəsində ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya Federasiyası), Stefan Viskonti (Fransa) və Əndrü Sxofer (ABŞ) ilə görüşüb.

1news.az-a XİN-in mətbuat xidmətindən verilən məlumata görə,  görüşdə ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də iştirak edib.

Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi və gündəlikdə duran məsələlər ətrafında müzakirələr aparılıb.

Nazir Elmar Məmmədyarov münaqişənin həlli üzrə Azərbaycanın mövqeyini bir daha diqqətə çatdırıb.

P.Sultanova

Paylaş:
770

Son xəbərlər

Bütün xəbərlər