Dağıstanda baş verən zəlzələ Şəkidə hiss olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Dağıstanda baş verən zəlzələ Şəkidə hiss olunub

17:02 - 23 / 09 / 2017
Dağıstanda baş verən zəlzələ Şəkidə hiss olunub

Sentyabrın 23-də Şəkidən 22 km şimal-şərqdə Dağıstan ərazisində zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən 1news.az-a bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 15.40-da qeydə alınıb.

Ocağı 9 kilometr dərinlikdə yerləşən zəlzələ episentrə yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

1news.az

Paylaş:
887

Son xəbərlər

Bütün xəbərlər