Həftənin ilk iş gününün havası | 1news.az | Xəbərlər
Cəmiyyət

Həftənin ilk iş gününün havası

13:00 - 24 / 09 / 2017
Həftənin ilk iş gününün havası

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 18-21°, gündüz 25-30° isti, Bakıda gecə 19-21°, gündüz 26-28° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 762 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80%, gündüz 50-60% olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Səhər ayrı-ayrı yerlərdə duman olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20°, gündüz 27-32° isti, dağlarda gecə 10-15°, gündüz 18-23° isti olacağı gözlənilir.

1news.az

Paylaş:
870

Son xəbərlər

Bütün xəbərlər