Xırdalan sakini öz maşınının qurbanı oldu | 1news.az | Xəbərlər
Cəmiyyət

Xırdalan sakini öz maşınının qurbanı oldu

15:48 - 25 / 09 / 2017
Xırdalan sakini öz maşınının qurbanı oldu

Abşeron rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, hadisə sentyabrın 23-də saat 10 radələrində Abşeron rayonunun Hökməli qəsəbəsində qeydə alınıb.

Belə ki, Xırdalan şəhər sakini Tərxan Yusifov idarə etdiyi “Toyota Prado” markalı avtomobilini saxlayıb düşdükdən sonra avtomaşın arxaya doğru hərəkət edib və bu zaman T.Yusifov nəqliyyat vasitəsi ilə hasar arasında qalıb.

Xəstəxanaya yerləşdirilən T.Yusifov orada ölüb.

Babək Cahandarov

Paylaş:
621

Son xəbərlər

Bütün xəbərlər