Satınalan təşkilatların ərzaq məhsullarına olan tələbatının həcmi müəyyən edilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Satınalan təşkilatların ərzaq məhsullarına olan tələbatının həcmi müəyyən edilib

19:20 - 25 / 09 / 2017
Satınalan təşkilatların ərzaq məhsullarına olan tələbatının həcmi müəyyən edilib

“Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti 2018-ci il üçün satınalan təşkilatların ərzaq məhsullarına olan tələbatının həcmini müəyyən edib.

1news.az-ınverdiyi xəbərə görə, bu barədə ASC-nin mətbuat xidmətindən açıqlama verilib.

Məlumata əsasən, səhmdar cəmiyyəti respublikanın müxtəlif ərazilərində fəaliyyət göstərən satınalan təşkilatları (uşaq bağçaları, xüsusi təmayüllü təhsil müəssisələri, xəstəxanalar, hərbi hissələr və s.) ilboyu 163 adda ərzaq məhsulları ilə təmin edir.

Həmçinin diqqətə çatdırılıb ki, səhmdar cəmiyyət yerli istehsalçılara və satıcılara müraciət edərək portal üzərindən, orta bazar qiymətinə satın alınması nəzərdə tutulan ərzaq məhsullarının təklif edilməsinə dəvət edir. Satın alınması nəzərdə tutulan ərzaq məhsulları barədə elanlar portalda yerləşdirilib.

Qeyd olunub ki, hər bir istehsalçı və ya satıcı “tedaruk.az” portalına daxil olaraq, istənilən ərzaq məhsuluna tələbatın həcmi və qiyməti haqda məlumat əldə edə bilər.

S.Xankişiyeva

Paylaş:
625

Son xəbərlər

Bütün xəbərlər