Dövlət Gömrük Komitəsinin sədri Ağdamda vətəndaşlarla görüşəcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

Dövlət Gömrük Komitəsinin sədri Ağdamda vətəndaşlarla görüşəcək

20:30 - 25 / 09 / 2017
Dövlət Gömrük Komitəsinin sədri Ağdamda vətəndaşlarla görüşəcək

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev sentyabrın 29-da Ağdam rayonunun Quzanlı qəsəbəsindəki Heydər Əliyev Mərkəzində bu bölgədən olan vətəndaşları qəbul edəcək.

1news.az-ın məlumatına görə, saat 10:30-da başlayacaq qəbul zamanı bölgədə yerləşən-Ağdam, Goranboy, Bərdə, Tərtər rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar sentyabrın 28-i saat 10:30-dək “195” Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqələndirici şəxs – Məmmədova Səbinə Xanlar qızı, əlaqə telefonu: (012) 404-22-00), Yevlax Gömrük İdarəsi (əlaqə telefonu: (022) 336-44-27) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Dövlət Gömrük Komitəsi vətəndaşların işə qəbulla bağlı çoxsaylı müraciətlərini nəzərə alaraq bildirir ki, gömrük orqanlarına xidmətə qəbul “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamə və Azərbaycan Respublikası Prezidentinin 12 noyabr 2010-cu il tarixli 349 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar müsabiqənin keçirilməsi qaydaları” əsasında test üsulu ilə həyata keçirilir.

Qeyd edilən fərmana uyğun olaraq “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin tələblərinə cavab verən Azərbaycan Respublikasının vətəndaşları gömrük orqanlarında xidmətə qəbul üçün Dövlət Gömrük Komitəsinin internet saytına müraciət edərək elektron şəkildə ərizə daxil etməklə, test imtahanlarında iştirak edə bilərlər.

Babək Cahandarov

Paylaş:
915

Son xəbərlər

Bütün xəbərlər