Quba sakini Xaçmazda qarət olundu | 1news.az | Xəbərlər
Cəmiyyət

Quba sakini Xaçmazda qarət olundu

21:18 - 25 / 09 / 2017
Quba sakini Xaçmazda qarət olundu

Quba sakini tanımadığı şəxslər tərəfindən hücuma məruz qalıb.

1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, sentyabrın 23-də saat 22 radələrində Xaçmaz şəhəri ərazisində naməlum 3 nəfər Quba rayon sakini Firuz Yusifova zor tətbiq edib 95 manat pulunu alıblar.

Xaçmaz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Xaçmaz rayon sakinləri, əvvəllər məhkum olunmuş Tərlan Cəfərov və Əflatun Əspəndiyev tutulub, 1 nəfərin isə şəxsiyyəti müəyyən edilib.

Xaçmaz RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Babək Cahandarov

Paylaş:
894

Son xəbərlər

Bütün xəbərlər