Sentyabrın 27-nə olan hava proqnozu açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Sentyabrın 27-nə olan hava proqnozu açıqlanıb

13:08 - 26 / 09 / 2017
Sentyabrın 27-nə olan hava proqnozu açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi sentyabr ayının 27-nə olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gün ərzində arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində intensiv olacağı, şimşək çaxacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 16-18, gündüz 19-22, Bakıda gecə 16-18, gündüz 20-22 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında sentyabrın 27-də şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 13-17, gündüz 21-26, dağlarda gecə 6-11, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir. 

Tibbi-meteoroloji proqnoza görə, sentyabrın 27-28-də Abşeron yarımadasında havanın təzadlı dəyişəcəyi, temperaturun aşağı enəcəyi, arabir güclənən mülayim küləkli və yağışlı hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

Babək Cahandarov

Paylaş:
1265

Son xəbərlər

Bütün xəbərlər