Kürd referendumunu dəstəkləyən azərbaycanlı məmur danışdı
Laçın rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Fizuli Tanrıverdiyev sosial şəbəkələrdə İraq Kürdüstanında keçirilən müstəqillik referendumunu dəstəkləyən fotolar paylaşması və haqqında araşdırma başlaması ilə bağlı xəbərlərə münasibət bildirib.
1news.az xəbər verir ki, F. Tanrıverdiyev “Qafqazinfo”ya açıqlamasında fotoları paylaşması, referendumu dəstəkləməsinin səbəbi haqqında heç nə deməyib:
“Mən lazım olsa, bu barədə danışa bilərəm. Amma hələ ki, bu barədə heç nə deyə bilmərəm. Əgər rəsmi qaydada açıqlama tələb olunsa, danışacağam”.
Haqqında başlayan araşdırma və işdən çıxarılacağı haqda xəbərlərə isə F. Tanrıverdiyev belə cavab verib: “Dövlətimiz mənə etimad göstərib, bu işə təyin olunmuşam. Əgər bu etimadı əməlimdə doğrultmamışamsa, dövlətə və dövlətçiliyimizə qarşı yanlışlığa yol vermişəmsə, bu zaman işdən çıxarıla bilərəm. Başqa heç nə ola bilməz. Kiminsə mənlə qəsd-qərəzliyi yoxdur. Mənim də heç kimlə qərəzim yoxdur”.
Qeyd edək ki, Fizuli Tanirverdiyev özünün Facebook səhifəsindəİraq Kürdüstanının müstəqilliyini dəstəklədiyini bildirib, Şimali İraqKürd Muxtariyyətinin rəhbəri Məsud Bərzaninin fotolarını paylaşıb.
1news.az