ABŞ Cocuq Mərcanlıda iqtisadi inkişaf proqramına başlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

ABŞ Cocuq Mərcanlıda iqtisadi inkişaf proqramına başlayıb

15:33 - 26 / 09 / 2017
ABŞ Cocuq Mərcanlıda iqtisadi inkişaf proqramına başlayıb

ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) vasitəsilə Cocuq Mərcanli kəndində iqtisadi inkişaf və icma bacarıqlarının artırılmasına dair proqrama başlayıb.

 1news.az-a ABŞ-ın Azərbaycandakı səfirliyindən verilən məlumata görə,   ABŞ-ın Cocuq Mərcanlıda fəaliyyətlərə qatılması USAİD-ın missiya rəhbəri Mikaela Meredisin kəndə etdiyi səfərdən sonra mümkün olub.

2017-ci ilin fevralında xanım Meredis Cocuq Mərcanlıya hökumət tərəfindən təşkil olunmuş diplomatların səfərinə qatılıb orada məcburi köçkünlərin vəziyyəti ilə tanış olmuş və beynəlxalq ictimayyətin aparılan bərpa işlərinə yardım etmək imkanlarını öyrənib. USAİD-ın tövsiyəsilə Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə Sosial İqtisadi İnkişaf Fəaliyyəti  layihəsi icrasını əlaqələndirən Şərq Qərb İdarəçilik İnstitutu (EWMI) Cocuq Mərcanlıda sosial və iqtisadı bərpaya olan ehtiyacları müəyyənləşdirib.

 2017-ci ilin 29 iyun tarixində EWMI təmsilçiləri Cocuq Mərcanlıya gedərək ABŞ hökumətinin yerli icmaya social və iqtisadi baxımnan yardım imkanlarını giymətləndiriblər. Qiymətləndirmə və Cocuq Mərcanlının icra və icma nümayəndəlkəri keçirilən ilə bir neçə görüşlərdən sonra kənd sakinləri təşkilatdan iki otaqdan ibarət yem email məntəqəsinin inşasında yardım etməsini xahiş ediblər. 

 Məntəqənin fəaliyyəti icmada heyvandarlığın və kənd təsərrüfatının inkişafına müsbət təsir göstərəcək. Hazırda icma tərəfindən seçilən və təlim almış könüllülərdən ibarət İcma İnkişafı Şurası sözügedən həm layihənin, həmdə oxşar layihələrin gələcəkdə keçirilməsi üçün səfərbər olunub.

P.Sultanova

 

 

Paylaş:
758

Son xəbərlər

Bütün xəbərlər